16 C
Baku
Friday, April 19, 2024

Naxçıvanın mobil rabitə xidmətindən gəliri 15 mln. manata yaxın olub

2022-ci ilin yanvar-aprel aylarında Naxçıvan MR-də informasiya və rabitə xidmətlərinin dəyəri 19 mln. 942 min 900 manat olub.

Banker.az xəbər verir ki, Naxçıvan MR Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2.8% çoxdur.

Hesabata əsasən, bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 14 mln. 522 min 500 manat təşkil edib və bir il öncəyə nisbətdə 1.6% artıb.

Son xəbərlər
Digər xəbərlər