16 C
Baku
Friday, April 26, 2024

“Qara qutu”nun sirri: xakerlər bankomata necə hücum edir

2017-ci ilin ilk yarısında Avropada xakerlər tərəfindən həyata keçirilən blackbox növü adını almış bankomat hücumlarının sayının geniş artımı müşahidə edilir.

Belə ki, cari ilin ilk altı ayı ərzində qitənin 11 ölkəsində 114 belə ATM hücumu qeydə alınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 300% çoxdur.  Banker.az xəbər verir ki, bu məlumatı Təhlükəsiz tranzaksiyalar üzrə Avropa assosiasiyası (EAST) qeyd edib. Bu hücumlar nəticəsində vurulan zərər 1,5 miyon avro dəyərində qiymətləndirilib.

Bankomatın “qara qutu”-suna hücumlar müşahidə kameralarından kifayət qədər qəribə təsir bağışlayır: ilk olaraq, naməlum şəxs bankomatın xidmət zonası adlı hissəsini açır, hansısa bir miniatür cihazı oraya birləşdirir və gedir. Daha sonra müştəri bankomata yaxınlaşır və iri məbləğ nağdlaşdırır.

Əslində isə, cinayətkarlar bankomatın elektron hissəsinin yerləşdiyi yerdə üzlüyü çıxarır, USB-port vasitəsilə cihazı (məsələn, notebook) birləşdirir və bankomata nağd pulun verilməsi əmrini vermək üçün zərərli proqram təminatından istifadə edirlər.

Adətən sözügedən bu hücumlardan yalnızca bankların özləri zərər görür. Lakin bəzi hallarda bu “qara qutu”-dan skimminq – kart məlumatlarının oxunması və PIN-kodun əldə edilməsi üçün istifadə olunur. Bu halda xakerlər əldə etdikləri şəxsi məlumatları öz qurbanlarının hesablarına giriş əldə etmək üçün istifadə edir.

Ümumilikdə, ekspertlər qeyd edir ki, Avropada bankomatlara edilən hücumlar 10% (11934 hücum halına qədər) artıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər