“Xalq Bank” ASC-nin xalis mənfəətinin həcmi 2020-ci ilin ilk yarımilliyində 17.18 mln. manat təşkil edib.
Banker.az xəbər verir ki, bankın mənfəətinin 8.14 mln. manatı cari ilin ikinci rübü ərzində əldə olunub.
“Xalq Bank”ın ilin ilk 6 ayı ərzində faiz gəlirləri 53.8 mln. manat, faiz xərcləri 9.74 mln. manat olub ki, bu da xalis faiz gəlirlərinin 40.8 manat olması ilə nəticələnib.
Bununla belə bankın qeyri-faiz gəlirləri 15.21 mln. manat, qeyri-faiz xərcləri isə 24.87 mln. manat təşkil etmişdir. Beləliklə bankın əməliyyat mənfəəti 31.14 mln. manat təşkil edib.
Bununla belə, 9.98 mln. manat problemli kreditlərin geridönüşü hesabınaxalis mənfəəti yuxarıda qeyd edildiyi kimi 17.18 mln. manat olmuşdur.
Balansı…
“Xalq Bank”ın cəmi aktivlərinin həcmi 2 168.97 milyon manat təşkil etməklə illik müqayisədə 1.6% artıb.
Bankın aktivlərinin 1 565.77 milyon manatı müştərilərə verilən kreditlər, 1 390.12 milyon manatı qiymətli kağızlar üzrə portfeli, 21.5 milyon manatı banklarda olan depozitlər, 168.66 milyon manatı digər banklardakı müxbir hesabları və 103.8 mln. manatı isə Azərbaycan Mərkəzi Bankındakı müxbir hesabıdır.
Kommersiya bankının cəmi öhdəlikləri 1 740.08 milyon manat olmaqla, bunun, 1 430.99 milyon manatı müştərilərdən cəlb edilmiş əmanətlər, 183.16 milyon manatı isə digər bank və maliyyə institutlarının depozitləridir.







