2 açıq məkan monitoru Bakı bulvarına 98 min manata başa gəldi

“Dənizkənarı Bulvar İdarəsi” Publik hüquqi şəxsi “Azon Plus” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə açıq məkan üçün 2 ədəd LED reklam daşıyıcılarının satınalınması nəzərdə tutulur.

Monitorların alışı Bakı bulvarına 98 min 294 min manata başa gələcək.

Qeyd edək ki, 2019-cu ilin əvvəlində “Dənizkənarı Bulvar İdarəsi” eyni şirkətdən 2 ədəd monitorun alınmasına 291 493 manat, ötən il isə 3 ədəd bir tərəfli LED reklam daşıyıcı üçün 193 min 355 manat ödəyib.

Bildirək ki, “Azon Plus” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10 manatdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.