12 C
Baku
Sunday, October 27, 2024

2 adda preparatın təsiredici maddəsi qadağa siyahısına daxil ediləcək

İlk dəfə qeydiyyata alınan 54 adda aqrokimyəvi maddə və 38 adda pestisid, təkrar qeydiyyata alınan 2 adda aqrokimyəvi maddə və 64 adda pestisid olmaqla, ümumilikdə, 158 adda preparatın dövlət qeydiyyatına alınması, sənədlərinin ekspertizası nəticəsində müsbət rəy bildirilən 16 adda aqrokimyəvi maddə və 24 adda pestisid olmaqla, 40 adda preparatın 3 mərhələdən ibarət dövlət sınağının aparılması barədə qərar qəbul olunub.

Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Agentlikdən bildirilir ki, ilkin qeydiyyat üçün 19 adda, təkrar qeydiyyat üçün 33 adda preparata məxsus sənədlər toplusunda uyğunsuzluq aşkar edilib. Təkrar qeydiyyat üçün müraciət edilmiş 2 adda preparatın təsiredici maddəsi Agentliyin Kollegiyasının təsdiq etdiyi siyahıda olmasa da, Avropa Birliyinin və Türkiyə Respublikasının qəbul etdiyi qadağa siyahısında qeyd olunduğundan, həmin təsiredici maddələrin yenilənəcək qadağa siyahısına daxil edilməsi nəzərdə tutulur. Bütün bunları nəzərə alaraq, Ekspert Şurasının üzvləri tərəfindən 54 adda preparatla bağlı imtina qərarı verilib.

Son xəbərlər
Digər xəbərlər