26 C
Baku
Tuesday, April 30, 2024

2 ay çarpayıda yatmağa görə 16 000 avro təklif edilir

Fransanın Kosmik Tibb İnstitutunun tədqiqatçıları 60 gün ərzində qalxmadan yataqda yatmağa razı olacaq 24 kişi axtarır. Bu təklif ilə razılaşan könüllülər isə qarşılığında 16 000 avro əldə edəcək.

Banker.az saytı The Guardian nəşrinə istinadən xəbər verir ki, alimlər bununla mikroqravitasiya və onun nəticələrini araşdırmağı planlaşdırır. Eksperiment üçün 20-45 yaş arası, siqaret çəkməyən, allergiyası olmayan və gümrah şəxslər tələb olunur.

Layihə koordinatoru Ernod Bek bildirib ki, alimlər ilkin 2 hazırlıq həftəsi ərzində könüllü şəxslər ilə bir sıra testlər edəcək. Daha sonradan onlar 60 gün ərzində onları müşahidə edəcəklər. Qeyd edək ki, seçilən könüllü şəxslər 60 günü sadəcə uzanaraq keçirəcəklər.

“Bütün bunlar elm üçündür, buna görə də, bu iş ilk baxışdan göründüyü kimi asan məsələ deyil. Könüllü şəxs uzanaraq yemək yeməyə, çimməyə və bütün digər işləri uzanılı vəziyyətdə etməyə hazır olmalıdır” – deyə Bek qeyd edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər