2025-ci ilin yanvar-fevralında Azərbaycandan 26 milyon 722 min dollar dəyərində 22 739 ton pomidor ixrac olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 11% azalıb, miqdar ifadəsilə 5% artıb.
2024-cü ilin eyni ayında Azərbaycandan 30 milyon 2 min dollar dəyərində 21 724 ton pomidor ixrac olunmuşdu.
Bu il ümumi ixracının 0.56%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5.51%-i pomidorun payına düşüb.