2021-ci ilin 9 ayında (yanvar-sentyabr ) Azərbaycandan 128 milyon 243 min dollar dəyərində 119 min 138 ton pomidor ixrac olunub. 2020-ci ilin 9 ayında Azərbaycandan 167 milyon 802 min dollar dəyərində 154 min 980 ton pomidor ixrac edilmişdi.
Banker.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı 2020-ci ilin 9 ayı ilə müqayisədə 2021-ci ilin 9 ayında dəyər ifadəsilə 24%, miqdar ifadəsilə 23.1% azalıb.
2021-ci ilin 8 ayında (yanvar-avqust ) Azərbaycandan 128 milyon 212 min dollar dəyərində 119 min 104 ton pomidor ixrac olunub. Beləliklə, sentyabr ayında ixrac demək olar ki, dayanıb (Sentyabrda cüzi – 31 min dollarlıq 34 ton pomidor ixrac edilib).
Xatırladaq ki, avqustda 51 min dollarlıq 64 ton pomidor ixrac edilib.