6 C
Baku
Sunday, December 15, 2024

2 aylıq şirkət dövlət qurumunun 4 milyon manatlıq tenderini uddu

“Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi “ZN TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə qapalı (otaqda) və açıq məkanlarda istifadə üçün mexaniki təkərli və mühərrikli təkərli oturacaqlar satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 758 809 manatdır.

Qeyd edək ki, “ZN Trade” MMC bu ilin sentyabr ayında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Nüsrəddin Kərimovdur.

Son xəbərlər
Digər xəbərlər