15 C
Baku
Bazar, Oktyabr 24, 2021

2 bank Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

“Atrabank” ASC və “Qafqaz İnkişaf Bankı” ASC Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv bankların reyestrindən çıxarılıb və bu banklara verilmiş şəhadətnamə ləğv edilib.

ƏSF-dən AZƏRTAC-a bildiriblər ki, Fond avqustun 22-dən etibarən kompensasiyaların ödənilməsi prosesini “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC vasitəsilə həyata keçirəcək. Hər iki bankın qorunan əmanətçilərinə kompensasiyaların ödəniş yeri haqqında daha dəqiq məlumat veriləcək.

“Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.

Son xəbərlər
Oxşar xəbərlər