21 may 2025-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin və “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
Banker.az xəbər verir ki, “Atabank”a məxsus daşınmaz əmlak Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A, (blok B), 15-ci mərtəbə, qapı 1 ünvanında yerləşən, ümumi sahəsi 270.9 kv.m olan qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 542.000 manatdır.
“Texnikabank”a məxsus daşınmaz əmlak Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A, C bloku, 4-cü mərtəbə, qapı-4 ünvanında yerləşən, ümumi sahəsi 251.8 kv.m olan qeyri-yaşayış sahəsidir. (4 saylı sahə) Daşınmaz əmlakın ilkin satış qiyməti 505.000 manatdır.