26 C
Baku
Saturday, July 27, 2024

2 fiziki şəxsə məxsus olan BOKT-un qazancı açıqlandı

“MJ Financial Services BOKT” QSC 2023-cü ilin 1-ci yarımilliyini 1 milyon 64 min manat xalis mənfəət ilə başa vurub.

Banker.az bu barədə şirkətin yarımillik maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “MJ Financial Services BOKT”un qeyri-faiz gəlirləri 2 milyon 222 min manat, faiz xərcləri 301 min manat, qeyri-faiz xərcləri isə 751 min manat təşkil edib.

Hesabat dövründə BOKT-un cəmi aktivləri 15 milyon 127 min manat, onun 11 milyon 427 min manatı müştərilərə verilən kreditləri, cəmi öhdəlikləri 12 milyon 78 min manat, cəmi kapitalı isə 3 milyon 49 min manat olub.

 

Son xəbərlər
Digər xəbərlər