10 C
Baku
Wednesday, December 11, 2024

2 il ərzində Bank sektoru inkişaf edibmi?

Bank sektorunda 2011-2012-ci illər üzrə müxtəlif göstəricilərə diqqət yetirdikdə aydın şəkildə görünür ki, keçən 2 il ərzində bank sektorunun inkişaf diaqramı ümumilikdə müsbət istiqamətdə inkişaf edir. Nəzərə alsaq ki, son 4 il ərzində bank sektorunda fəaliyyət göstərən bankların sayında azalma olmuş, 3 bank fəaliyyətini dayandırmışdır.

Hal-hazırda 1 dövlət bankı, 42 özəl bank olmaq şərti ilə 43 bank fəaliyyət göstərir. Bank sektorunun inkişafının tam mənasında görmək üçün aşağıdakı 2 əsas faktor üzrə 2 il ərzində inkişafa nəzər yetirək.

Bankların təmsilçiləri – Filiallar

Bankların hətta belə desək universal təmsilçiləri filiallar sayıla bilər. Bunun səbəbi isə, əksər zamanlarda filialların baş ofislə eyni xidmətləri təklif etməsidir, təbii ki, əsas fərqləndirici prosesləri nəzərə almasaq. Eyni zamanda bankların digər təmsilçiləri ilə misal olaraq, müstəqil şöbələr, şöbələr (kassalar), mübadilə şöbələri ilə nisbətdə daha geniş xidmət növlərinin təqdim edilməsi ilə filiallar fərqlənir. Bu isə deməkdir, müraciət edən əhalinin sayı etibari ilə də filiallar digər alternativləri əksər zamanlarda üstələyirlər. Banklar bu səbəblə də filialların sayının artırılmasına xüsusi diqqət edirlər.

diang1

Son 2 il üzrə hissəli artma-azalma tempi müşahidə olunsada, ümumi baxışda azalma tempi müşahidə olunur. Tempə təsir edən əsas səbəblər biri isə lisenziyası ləğv olunmuş banklar və onların filiallarıdır ki, missal Royal bank filial şəbəkəsinə görə kifayət qədər geniş əhatəyə malik olmuş banklardan idi. Eyni zamanda filialların ləğvinidə missal göstərmək olar. Filialların sayının dəyişmə tempini son 2 il üzərindən müqayisəli şəkildə görmək üçün aşağıdakı qrafikə nəzər yetirin.

Son 2 il üzrə göstəricilərə IV rüb üzərindən baxıldıqda 11 filial azalması müşahidə olunur. 2 il ərzində ən yüksək göstərici 2012-ci ilin II rübünə təsadüf edir – 672 filial, ən aşağı göstərici isə yenə də 2012-ci il ancaq bu dəfə III rübə təsadüf edir – 643 filial. Filialların sayına görə 89 filialla malik olan Kapital Bank ilk sırada dayanır, ikinci yerdə 77 filial ilə Beynəlxalq bank, 3-cü yerdə isə 55 filial ilə Zamin bank müəyyənləşir. Yeri gəlmişkən qeyd edək ki, Kapital bankın ilk sırada olması heç də təsadüfü deyil, o Azərbaycanın ilk bankı olan Əmanət bankın varisi olaraq yaradılıb və ən geniş filial şəbəkəsinə malik bankdır, Beynəlxalq banka gəldikdə isə o, ölkə ərazisində fəaliyyət göstərən yeganə dövlət bankıdır.

Bankların əhatə şəbəkəsi – Bankomatlar və Pos-terminallar

Bankların inkişafını aydın şəkildə görmək üçün əsas olan 2-ci faktor bankların əhatə şəbəkəsinin əsas təmsilçilərindən sayıla bilinəcək bankomat və pos-terminallardır. Filiallarla nisbətdə daha dar çərçivədə xidmət sahəsinə malik olsa da bankomatlar əhalinin kifayət qədər xidmət ehtiyacını qarşılamaq potensialına malikdirlər. Bankomatlar vasitəsi ilə həyata keçirilə biləcək xidmətlərə aşağıdakılar aiddir:

  • PIN Change – PİN kodun dəyişdirilmə;
  • Card to Card – Kartdan Karta köçürmə;
  • SMS Banking;
  • SMS Info;
  • Cash By Code;
  • Kredit alınması;
  • Kreditin ödənilməsi və s.

Görüldüyü kimi bankomatların əhəmiyyəti bankların əhatə şəbəkəsi baxımından heç də az deyil. Banklarımızda bu səbəblə bankomatların sayının artırılmasına kifayət qədər diqqət ayırırlar. Buna missal olaraq son 6 ildə bankomatlarının sayının 2 dəfədən artıq çoxaldılmış və bununlada əhalinin istifadəsi asandlaşdırılmışdır. Son 2 il üzrə bankomatlarının sayı 209 ədəd artmış, belə ki, 2011-ci ilin ilk ayında bankomat sayı 1907 ədəd, 2012-ci ilin son ayında isə bankomat sayı 2260 ədəd olmuşdur. Burda 1 nuans var ki, bankomatların əksəriyyəti Bakıda yerləşir. Belə ki, Bakıda yerləşən bankomatlar ümumi bankomat sayına olan faiz nisbətində 55.89% təşkil edir. Bankomatların artım tempini son 2 il üzərindən müqayisəli şəkildə görmək üçün aşağıdakı qrafikə nəzər yetirin.

diang2Pos-terminal şəbəkəsinə gəldikdə isə, nəzərə alsaq daha çox ödəniş üçün istifadə edilən pos-terminalların sayı isə son 6 ildə 17 dəfədən çox artmışdır. Son 2 il üzrə pos-terminalların sayı 4 dəfədən artıq yəni 28 996 ədəd artmış, belə ki, 2011-ci ilin ilk ayında pos-terminal sayı 7864 ədəd, 2012-ci ilin son ayında isə pos-terminal sayı 36 860 ədəd olmuşdur. Bankomatların əksəriyyətinin Bakıda yerləşdiyi kimi eyni hal pos-terminallar üçün də xarakterikdir, belə ki, Bakıda yerləşən pos-terminalların ümumi pos-terminallar sayına olan faiz nisbətində 91.24% təşkil edir. Pos-terminalların artım tempini son 2 il üzərindən müqayisəli şəkildə görmək üçün aşağıdakı qrafikə nəzər yetirin.

diang3Göründüyü kimi 2 il ərzində bankların əhatə şəbəkəsi kifayət qədər genişlənmiş, belə desək bank təmsilçilərinin sayı olduqca artmışdır.

Son xəbərlər
Digər xəbərlər