7 C
Baku
Friday, November 8, 2024

2 milyon dollardan çox valyutanın Azərbaycandan çıxarılmasının qarşısı alınıb

Ötən il Azərbaycanın gömrük orqanları üçün qaçaqmalçılıqla mübarizə baxımından uğurlu il olub.

Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

A.Əliyevin sözlərinə görə, ötən il ölkəyə külli miqdarda narkotik vasitələrin gətirilməsinin, həmçinin ölkədən böyük həcmdə xarici valyutanın çıxarılması cəhdinin qarşısı alınıb:

“2016-cı ildə Azərbaycandan ümumi dəyəri iki milyon dollardan çox olan valyutaların qanunsuz çıxarılması cəhdinin qarşısı alınıb”.

Son xəbərlər
Digər xəbərlər