23 C
Baku
Sunday, September 29, 2024

2 milyon dollarlıq xərc ötən il ölkəyə buket güllərin alınması üçün sərf olunub

Ötən il Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 2.701 milyon ABŞ dolları təşkil edən 5 656 210 ədəd buket düzəltmək və ya dekorativ məqsədlər üçün kəsilmiş güllər idxal edilib.

Banker.az Dövlət Statistika Komitəsinin açıqladığı hesbata istinaən xəbər verir ki, bu göstərici illik müqayisədə 37.7% (miqdar) və ya 2.1 dəfə (dəyər ifadəsində) azalıb.

Belə ki, ölkəyə ötən il dekorativ güllərdən ən çox  qızılgül və qərənfil gətirilib. 2020-ci ildə Azərbaycan xaricdən idxal edilən qızılgül illik müqayisədə 49.6%(miqdar) və ya 2.1 dəfə (dəyər ifadəsində) azdır.

Məlumat üçün qeyd edək ki, ən çox qızılgül Azərbaycana Ekvadordan tədarük olunub. 

Son xəbərlər
Digər xəbərlər