32 C
Baku
Monday, June 17, 2024

2 milyon manata yaxın vergi borcu olan şirkətə 13 milyon manatlıq tender verildi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iki şirkətlə 19 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “Caspel” MMC və “Cybernet” MMC-dir.

“Caspel” MMC ilə bağlanmış müqavilədə MEEM yaradılması, avadanlıq, proqram təminatı və dəstək xidmətinin göstərilməsi, cihaz, yaddaş qurğusu, proqram təminatı, lisenziya və digər mal, iş və xidmətlər nəzərdə tutulur. Müqavilənin ümumi məbləği 12 milyon 863 min 836 manatdır.

“Cybernet” MMC ilə bağlanmış müqavilə isə Proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi, platformanın və sistemin hazırlanması, sistemin tətbiqi, inteqrasiyası, proqramlaşdırılmasından ibarətdir. Bu müqavilənin məbləği 5 milyon 646 min 943 manatdır.

Bildirək ki, 13 milyon manatlıq müqavilənin həvalə edildiyi “Caspel” MMC-nin dövlətə 1 milyon 738 min 688 manat vergi borcu var. Bu şirkətin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Ceyhun Quliyevdir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər