“Şahinlər” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Şahinlər” MMC-nin vergi borcu 1 664 225 manatdır.
Qeyd edək ki, bu şirkət 1994-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 30 manatdır və qanuni təmsilçisi Elməddin Bayramovdur.