12 C
Baku
Wednesday, December 11, 2024

2 milyonluq mənimsəmədə təqsirləndirilən “Bakılift -2”nin sabiq rəisi azadlığa buraxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin külli miqdarda mənimsəmədə ittiham edilən sabiq rəisi Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Banker.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, Ruslan Dilanova bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, R.Dilanov dövlət büdcəsindən yaşayış binalarında 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan 2 milyona yaxın vəsaiti mənimsəməkdə ittiham edilirdi.

Son xəbərlər
Digər xəbərlər