24 C
Baku
Sunday, July 6, 2025

2 şirkətin ölkəyə Rusiyadan gətirdiyi bu məhsul istehlak üçün yararsız çıxdı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan  Rusiya Federasiyasında fəaliyyət göstərən “RESURS-YUQ” MMC-nin istehsalı olan və “Azfood Company” MMC  tərəfindən ölkəmizə idxal edilən ümumi çəkisi 19691 kq toyuq dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Banker.az xəbər verir ki, Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində məhsul partiyasında (11886 kq) patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər