“Camal LTD” MMC-nin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciəti əsasında, ümumi çəkisi 2 210 kq müxtəlif növ qida məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, məhv edilmiş qida məhsulları istehlaka yarasız olub və onların müddəti bitib.