“Camal LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 2 200 kq süd məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.