14 C
Baku
Saturday, May 11, 2024

20 avro ilə dünyada nələr etmək olar?

Siz 20 avro ilə xarici ölkələrdə nələr edə bilərsiniz? BusinessInsider – in apardığı araşdırmalar Avropanın ən bahalı və ən ucuz məkanlarını müəyyən etmişdir.

Cibinizdə belə kiçik məbləğə malik olsanız yəqin ki istədiklərinizi ala bilmədiyiniz üçün narahat olacaq, ya da bu maliyyə məyusluğundan çıxmaq üçün vasitələr axtaracaqsınız. Bu və ya digərini Portuqaliya vəSloveniyada etmək məsləhətdir.

Beləliklə, Portuqaliyada 20 avroya siz 35 fincan qəhvə ala bilərsiniz. Yunanıstan da isə bu məbləğə yalnız 7 fincan qəhvə almaq mümkündür. Əgər çaya üstünlük verirsinizsə yolunuzu Maltadan salın. Burada 20 avroya nə az nə çox 704 paket çay almaq olar. Ən bahalı çay isə Avstriyadadır və orada bu məbləğə 242 paket ala bilərsiniz.

Çay və kofe deyil, daha sərt içkilərə üstünlük verirsinizsə ən sərfəli yer Sloveniyadır. Burada 20 avroya 20 litr pivə almaq mümkündür. İtaliyada isə 6 litr pivə üçün 20 avronuzdan keçməli olacaqsınız. Cibinizdəki 20 avro ilə Portuqaliya barlarında da vaxtınızı keçirə bilərsiniz. Belə ki, burada bu məbləğə 24 bokal pivə sifariş verə bilərsiniz. Orta təbəqəli avropalı üçün bu ölümcül dozadır. Bununla yanaşı Portuqaliyada siz bu məbləğə 20, İtaliyada isə 5 şüşə qırmızı şərab ala bilərsiniz.

Təəccüblü hal olsa da, yalnız Almaniyada uyğun qiymətə rom içkisi tapmaq mümkündür və 20 avroya siz bir şüşə bu içkidən ala bilərsiniz.

Bu məbləğlə qəlyanaltı etmək istəsəniz Belçikada pendir yeyə bilərsiniz. Burada pendirin qiyməti Sloveniyadakı qiymətlərdən ucuzdur. Naharda yumurta yeməyə üstünlük verirsinizsə bunun üçün ən uyğun yer yenə Maltadır. Burada 20 avroya siz 16 paket yumurta ala bilərsiniz. Ən bahalı omlet isə İrlandiyadadır və bu məbləğə yalnız 7 paket əldə edə bilərsiniz.

Evə taksi vasitəsilə qayıtmaq Portuqaliyada daha sərfəlidir və 20 avroya siz 23 km yol gedə bilərsiniz. Hollandiyada isə bu məbləğə yalnızca 7,2 km getmək mümkündür.

Taksi ilə getməyi bahalı hesab etsəniz ictimai nəqliyyatdan istifadə edə bilərsiniz. Bu cəhətdən isə Sloveniya liderlik təşkil edir və sizi 43 səfərlə təmin edə bilər. Hollandiyanın kənar ərazilərində isə bu məbləğə yalnız 8 səfər mümkündür.

Siqaret çəkənlərin nəzərinə çatdıraq ki, 20 avroya Estoniyada bütün bir blok siqaret almaq mümkündür. İrlandiyada isə bu məbləğ ancaq iki-üç qutu siqaretə kifayət edəcək.

Bu ölkələri Belarus ilə müqayisə etsək görərik ki, burada 20 avroya iki blok siqaret, 22 bokal pivə ala bilərsiniz və eyni zamanda 133 dəfə ictimai nəqliyyatdan istifadə edə bilərsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər