27 C
Baku
Saturday, July 27, 2024

20-dən çox ölkə nüvə enerjisinin artırılması çağırışına qoşulub

COP28 çərçivəsində 20-dən çox ölkə nüvə enerjisinin üç dəfə artırılması ilə bağlı çağırışa qoşulub.

Dubayda keçirilən BMT İqlim Dəyişikliyi Konfransı çərçivəsində 20-dən çox ölkə 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq üçün göstərilən səylərin bir hissəsi kimi dünyanın nüvə enerjisi gücünün üç dəfə artırılmasına çağırıb.

ABŞ-dan Qanaya, Yaponiyaya qədər və bir sıra Avropa ölkələri tərəfindən təsdiqlənən bəyannamədə nüvə enerjisinin karbon neytrallığı hədəfinə çatmaqda “əsas rol” oynadığı bildirilir.

“Biz heç kimə bunun bütün digər enerji mənbələrinə tam alternativ olacağına dair arqument irəli sürmürük”, – ABŞ-ın iqlim üzrə elçisi Con Kerri bildirib.

“Ancaq biz elmin, fakt və sübutların reallığına əsasən, anlayırıq ki, nüvə enerjisi olmadan biz 2050-ci ilə sıfır emissiya hədəfinə çata bilməyəcəyik”, – o deyib.

Bəyannamənin məqsədi 2050-ci ilə qədər nüvə enerjisinin gücünü 2020-ci ilə nisbətən üç dəfə artırmaqdır.

Bəyannaməni imzalayan ölkələr arasında Böyük Britaniya, Bolqarıstan, Kanada, Çexiya, Finlandiya, Fransa, Macarıstan, Cənubi Koreya, Moldova, Monqolustan, Mərakeş, Hollandiya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, İsveç, Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri var.

Son xəbərlər
Digər xəbərlər