10 C
Baku
Thursday, December 12, 2024

20 dəqiqə effekti

Bilirsiniz ki, 20 dəqiqə ərzində sizin heç görmək istəmədiyiniz istənilən bir işi sığışdırıb, etmək olar. Bu nəyisə etməyə başlamağın, tənbəlliklə mübarizənin və öz motivasiyanı yüksəltməyin olduqca effektiv üsuludur.

20 dəqiqə qaydaları:

Kim ki, gün ərzində 20 dəqiqə idmanla məşğul olur, o öz sağlamlığına görə narahat olmaya bilər.

Kim ki, gün ərzində evin yır-yığış məsələsinə 20 dəqiqə ayırır, həmin adam səliqəsizliyə görə heç vaxt xəcalət çəkməyəcək.

Gün ərzində diqqətini konsentrasiya etmə qabiliyyətini yaxşılaşdırmağa 20 dəqiqə sərf edən adam yaradıcılıq böhranına görə əziyyət çəkməz.

Öz ərinin və ya xanımın problemlərini dinləməyə gün ərzində 20 dəqiqə ayıran insanın, heç vaxt münasibətlərdəki soyuqluğa görə narahat olmasına ehtiyac qalmaz.

Kim gün ərzində özü-özü ilə söhbətə və qeydlər götürməyə 20 dəqiqə ayırır, o insanın heç vaxt ideya çatışmazlığı olmaz.

Kim ki, günün 20 dəqiqəsini yeni gəlir mənbələrinin yaradılması üzərində işə sərf edərsə, o insan heç zaman maliyyə rifahı ilə bağlı dərd-qəm çəkməz.

İstirahətinə 20 dəqiqə ayıran insan, yorğunluq və tükənməkdən qorxmasa da olar.

Gün ərzində faydalı kitabın oxunmasına heç olmasa 20 dəqiqə ayıran insan, gərək necə mütəxəssis olmağa görə narahat olmasın.

Son xəbərlər
Digər xəbərlər