2017-cı ilin 11 iyul tarixində BFB-də keçiriləcək Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DQİ), üzrə hərrac və istiqrazların buraxılış parametrləri barədə məlumat açıqlanıb.
Banker.az xəbər verir ki, bu barədə BFB-nın saytında məlumat verilib.
Məlumata görə, İSİN kodu AZ0104016545 olan qiymətli kağızın hər biri 100 manat dəyərində olmaqla, ümumi həcmi 20 mln. manat olacaq.
Anderrayter isə “Paşa Kapital” İŞ QSC. İstiqrazların tədavül müddəti 364 gün olmaqla son ödəmə tarixi 10 iyul 2018-ci ildir.
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.