18 C
Baku
Thursday, April 18, 2024

20 min borcu olan Bakı sakini qanunsuz azadlıqdan məhrum edilib

İyirmi min borcu olan Bakı sakini qanunsuz azadlıqdan məhrum edilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, paytaxt sakini K.Əsgərov Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək, atası H.Əsgərovun 20 min borcu olması səbəbindən tanıdığı şəxs tərəfindən naməlum ünvanda saxlanıldığını bildirib.

O ərizəsində qeyd edib ki, hazırkı vaxtadək atası buraxılmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Son xəbərlər
Digər xəbərlər