Rusiya Bankı 999 əyarlı 1,75 qram qızıldan ibarət 20 min rubl dəyərində sikkə dövriyyəyə buraxacaq.
Sikkə 200 və 2000 rubl nominalında banknot üçün rəmz seçimi üzrə müsabiqənin 10 finalçısına həsr olunacaq. Sikkənin il ərzində 50 ədədədək tirajla buraxılması nəzərdə tutulur.
Sikkənin rəsmiləşdirilməsi barədə qərar ötən ilin iyun-oktyabrında keçirilən Ümumrusiya müsabiqəsinin yekunları üzrə qəbul edilib. Tədbirə qatılmaq üçün Rusiyanın 1113 şəhərindən beş mindən artıq iştirakçı namizədliyini irəli sürmüşdü.
Azertag