Azərbaycan Mərkəzi Bankı 20 qəpiklik metal pulun dizaynının yeniləndiyini açıqladı.
Banker.az-a bu barədə AMB-dən bildirilir ki, Mərkəzi Bank tərəfindən 20 qəpiklik metal pul nişanının dizaynı yenilənərək tədavülə buraxılıb.
“Belə ki, yenilənmiş 20 qəpiklik üzərində Dövlət Gerbi və istehsal ili əlavə olunmuşdur. Yenilənmiş 20 qəpiklik pul nişanının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılmışdır.
Qeyd edək ki, həmçinin 20 manatlıq əskinasların da dizanı yenilənib.
“20 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək”- deyə, AMB deyir.