20 yaşlı milyarder: Əgər yaxın 10 ildə milyarder olmasanız, bu sizin öz günahınızdır

0

Kriptomilyonçu Erik Finman hesab edir ki, bitkoin və blokçeynə sərmayə qoysanız, yüz faiz milyarder olacaqsınız. Bunun üçün yaxın on ildə davamlı olaraq “kriptoya” sərmayə etmək lazımdır.

Banker.az xəbər verir ki, Erik Finman – sərvətini kriptovalyuta hesabına yığmış gənc milyonerlərdən biridir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Finman ilk bitkoinini 10 yaşında almışdır, həmin dövrdə bu kriptovalyutanın qiyməti 10 dollar təşkil edib. Cəmi bir neçə ildən sonra, bitkoin 1100 dollara qədər artdı. Finman əlində olan kriptovalyutanı sataraq, bütün pulları “Botangle” adlı onlayn-məktəbə sərmayə yatırdı.

Daha sonra Android telefonlarına uyğun olan “Marvel” virtual reallıq dəbilqələrin istehsalı üçün “crowdfunding” şirkətinin əsasını qoydu. Hal-hazırda onun əlində 450 bitkoin var ki, bu da 3,6 milyon dollar təşkil edir. Bitkoin hesabına zənginləşməsinə baxmayaraq, ötən il gənc milyarder bu kriptovalyutanın gələcək perspektivlərinə şübhə ilə yanaşıb.

2018-ci ilin dekabr ayında “Marketwatch” müsahibəsində gənc kriptoçu qeyd edib ki, şifrli valyutada heç bir perspektiv görmür. “Bitkoin məhv olub, bunun çox uzun müddət davam edəcəyini düşünmürəm. Bundan sonra bir neçə ralli keçirilə bilər, amma gələcək perspektivdə bitkoin məhv olub”, – deyə milyarder bildirib.

Bir qədər əvvəl 2018-ci ilin yanvarında Finman “Business Insider”-ə verdiyi müsahibədə deyib: “Onların (təzəlikcə kriptovalyutaya girişmiş insanlar) edə biləcəyi ən böyük səhv, bitkoini satıb bazarı tərk etməsidir. Bilmək vacibdir ki, qiymətlər tez-tez dəyişir”.

“Mən hesab edirəm ki, siz bitkoin və blokçeynə sərmayə edərək, milyonçu ola bilərsiniz. Əgər yaxın on ildə milyonçu olmasanız, bu sizin öz günahınızdır”, – deyə 20 yaşlı müsahibəsində qeyd edir. Onun fikrincə, kriptovalyuta – bol imkanlara malik olan yeni Silikon Vadisidir.

Ekspertlərin bir çoxu gənc milyarderin sözlərinə şübhə ilə yanaşılar, bunun əsas səbəbi isə Erikin kifayət qədər təcrübəyə malik olmamasıdır. Finman kriptovalyutaya sərmayə etməyin fəal tərəfdarıdır, o elə hesab edir ki, qiymət dəyişkinliyindən sonra kriptovalyuta sərmayəçilərə böyük fayda verəcək.

O, kriptovalyuta sahəsinin hazırkı vəziyyətini 1990-cı illərin interneti və “Amazon” kimi nəhəng şirkətin inkişafının ilk mərhələsi ilə müqayisə edir.

Finman kriptovalyuta sahəsinə təsir edəcək əsas faktor göstərir: ABŞ və Çin arasında gedən ticarət müharibəsi, kriptovalyuta bazarının daim iri oyunçular tərəfindən dəstəklənməsi və “Consensus 2019” konfransı.