“Neftçala Nohur Balıqçılıq” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 26 dekabr 2025-ci il saat 11.00-da Neftçala rayonu, Kürkənd kəndində cəmiyyətin inzibati ərazisində keçiriləcəkdir.
Bannker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin idareətmə orqanlarının formalaşdırılması.
2. Digər məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə materiallarla cəmiyyətin yerləşdiyi Neftçala rayonu, Kürkənd kəndində cəmiyyətin inzibati ərazisində və ya qeyd olunan nömrə ilə əlaqə saxlamaqla tanış olmaq mümkündür. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Xatırladaq ki, ASC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 88 260 AZN-dir və qanuni təmsilçisi Müseyib Mütəllimovdur.







