Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri və regionlarda yerləşən 220 məktəbəqədər təhsil müəssisəsində Nazirlər Kabinetinin 103 saylı qərarında göstərilən qida normalarına və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlara əməl olunmasını yoxlamaq məqsədilə monitorinq keçirib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 205 bağçada 1236 nöqsan aşkar edilərək qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülüb.