200 ildən sonra qadınlar kişilərlə eyni əmək haqqı alacaqlar

0

Dünyada iqtisadi gender bərabərsizliyinin aradan qaldırılması yalnız 202 ildən sonra mümkün olacaqdır. Həyatın digər sahələrində, o cümlədən, təhsil və səhiyyə xidmətlərinə çıxış sahələri də daxil olmaqla, bərabərliyə nail olmaq üçün təxminən 108 il keçməlidir. Banker.az xəbər verir ki, bu məlumatlar Dünya İqtisadi Forumunun hesabatında dərc olunub.

Hesabata əsasən, 2018-ci ildə dünyada gender bərabərliyi 68% təşkil edir, bu isə  keçən ilə nisbətən vəziyyətin cəmi 0,1% yaxşılaşması deməkdir. Bu indeks 149 ölkədə qadınların əsas meyarlara görə vəziyyətini nəzərə alaraq qəbul edilmişdir. Bu kimi meyarlara iqtisadi və siyasi hüquqlar, təhsil və tibbin əlçatanlığı aiddir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Ən böyük boşluq dövlət idarəsi sahəsində müşahidə olunur: dünyada nazirlərin yalnız 18%  və deputatların 24% qadınlardır. Dünyanın 44 ölkəsində qadın əhalisinin dörddə bir hissəsi isə savadsızdırlar. Qadınların iqtisadi vəziyyəti də yaxşı deyil. Ölkələrin 40% -də qadınlara kişilərlə bərabər maliyyə xidmətləri göstərilə bilməz. Bundan başqa qeyd etmək lazımdır ki, ənənəvi “kişi” peşələrində, xüsusilə İT və Sİ sahəsində qadınlar üçün ayrılmış iş yerlərinin sayı üç dəfə azdır.

Gender bərabərliyinə görə, artıq 10 il ərzində birinci sırada İslandiya durur. Liderlər sırasına, həmçinin, Norveç, İsveç və Finlandiya da daxildir. Skandinaviya ölkələrindən başqa, bu onluqda Nikaraqua, Ruanda və Namibiya yer ala bilmişdir. Gender bərabərsizliyinin ən parlaq nümunəsi kimi isə Yaxın Şərq və Şimali Afrika dövlətləri əsas götürülür.