8 C
Baku
Friday, March 29, 2024

200 milyona satmışdı, indi 222 milyona geri qaytarır

İspaniyanın “Barselona” futbol klubu avqustun 29-da Neymarı ictimaiyyətə təqdim edəcək.

“El Chiringuito TV”nin verdiyi məlumata görə, Kataloniya təmsilçisi 27 yaşlı braziliyalı hücumçunu geri qaytarmaqla bağlı Fransa PSJ-si ilə yekun razılıq əldə edib.

Qeyd edək ki, Neymar 2 il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə – 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var.

Report

Son xəbərlər
Digər xəbərlər