9 C
Baku
Sunday, November 17, 2024

“2004-cü ildən regionlarda 1.8 milyondan çox yeni iş yeri yaradılıb”

2004-cü ildən bəri regionlarda 52 mindən artıq yeni müəssisə və 1.8 milyondan çox yeni iş yeri yaradılıb.

Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev “Dövlət-sahibkar tərəfdaşlığı: Dayanıqlı iqtisadiyyatın əsası” mövzusunda keçirilən tədbirdə deyib.

M.Musayev deyib ki, 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının real həcmi 2003-cü ilə nisbətən 4.7 dəfə böyüyüb, əhalinin gəlirləri isə 10 dəfədən çox artıb.

“Ötən illər ərzində şəhər və rayonlarda, kəndlərdə, qəsəbələrdə infrastruktur layihələri uğurla gerçəkləşib, ölkə vətəndaşlarının həyat tərzinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülüb və hazırda inkişafa hesablanmış belə layihələrin miqyası genişləndirilməkdədir”, – deyə ASK prezidenti əlavə edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər