26 C
Baku
Tuesday, July 16, 2024

2008-ci il böhranını proqnozlaşdıran analitik yeni çöküş barədə xəbərdarlıq edir

2008-ci il böhranını proqnozlaşdıran analitik Cessi Kolombo, dünyaya yeni bir çöküş barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu böhran daha şiddətli olacaq.

Banker.az xəbər verir ki, bu haqda “The Independent” yazır.

Potensial böhranın səbəbi təkcə COVID-19 koronavirusu deyil, eyni zamanda bazarlarda yaranan “köpüklər” dir.

Cessi Kolombo qeyd edir ki, keçən ilin iyun ayında Avropanın daşınmaz əmlak bazarı, Amerikanın səhmləri, kreditləri və avtokreditləri, texnoloji startapları və şist enerjisi, o cümlədən bir çox digər bazarlarda “köpük” lər aşkarlanıb.

“Onlardan ən böyüyü Çinin əsasən infrastruktur xərcləri ilə əlaqəli olan kredit köpüyüdür”, – mütəxəssis bildirir.

“Bu – iqtisadi bərpa illüziyasıdır. Düşünürəm ki, iqtisadi köpüklər yavaş-yavaş partlamağa başlayırlar”.

“2008-ci il böhranı nə qədər pis olsa da, yeni çöküş daha pis olacaq. Belə ki, 100 trilyon dollar yeni borcumuz var”, – Kolombo əlavə edir.

İnvestorlar və iqtisadçılar Avropa Mərkəzi Bankı və Yaponiya Bankı kimi tənzimləyicilərin pul-kredit siyasətinin dünya iqtisadiyyatını xilas edə bilməyəcəyini düşünürlər.

Son xəbərlər
Digər xəbərlər