25 C
Baku
Sunday, July 3, 2022

2008-ci ildən daha dərin Maliyyə Böhranı qapıdadır

Əvvəla mən bildirmək istərdim ki, bu ilin 1-ci yarım ili kimi 2-ci yarım ili də ciddi fundamental xəbərlərlə yadda qalacaq. Belə ki, Finlandiya və İsveçin NATO-ya üzv olmaq həvəsi bütün dünyanı 3-cü dünya müharibəsinə daha yaxın edə bilər. Çində yeni virusların tapılması və eləcədə koronavirusun kəskin yayılması , bundan əlavə FED-in (ABŞ Federal Ehtiyatlar Sistemi) il sonuna kimi 5 dəfə faiz dərəcəsini qaldırmaq istəyir,  DXY ( Dolların indeks dəyərini ) il sonuna kimi 20% və daha çox bahalaşdıra bilər. Belə olduğu halda ABŞ dolları dünyada bir çox major (əsas) valyutalara qarşı ( EUR, GBP, CHF, AUD ) ciddi dəyər qazana bilər. ABŞ dollarının bahalaşması qızıl və digər metalları ciddi şəkildə ucuzlaşdıra bilər. Belə ki , Qızılın 1 unsiyası  il sonuna kimi 1 450$ qiymətinə kimi ucuzlaşa bilər. Qızılın dəyər itirməsi bir başa olaraq gümüş və mis və sair kimi metallara təsir edəcəkdir. Misin qiyməti il sonuna kimi ton üzrə 6000-7000$ koridoruna enə bilər ki, bu da cari qiymətdən 30%  dəyər itirməsi deməkdir. Bilirsiniz ki, Azərbaycanda qeyri-neft sektorunun lokomotiv sayılan STP-də ( Sumqayıt Texnologiyalar Parkı ) yerləşən Kabel zavodu xaricdən əsas mis xammalı idxal edir, ona görə bu kimi zavodlar ucuzlaşmanın təsirini azaltmaq üçün mütləq hecinq əməliyyatları aparmalıdır. Bundan əlavə “AzerGold”, qızıl ixracında ucuzlaşmadan qorunmaq üçün o da hecinq əməliyyatları aparmalıdır deyə düşünürəm.

Neft-də isə əksinə olaraq 2023 cü il ərzində bundan 50%-100% bahalaşma gözləyirəm. Brent markalı neftin 1 barreli hal hazırda 110$ ticarət olunur , texniki olaraq neftin 150$ üzərinə çıxacağını proqnozlaşdırıram.

Azərbaycan manatına DXY bahalaşması yalnız necə təsir edə bilər ?

Azərbaycanda manatın ucuzlaşması yox, əksinə manatın ABŞ dollarına qarşı sabit qalması və digər valyutalara qarşı ( EUR, GBP, CHF , AUD ) bahalaşması müşahidə edilə bilər. Bundan əlavə Neft-də ucuzlaşma yox əksinə bahalaşma gözlədiyim üçün bizdə devalvasiya qəti gözləmirəm.

Bütün bu fundamental xəbərlər fonunda texniki olaraq da siqnallar var. ABŞ-ın aparıcı indeksləridə ( SP500, Nasdaq və Dow Jones ) eniş siqnalı getdikcə güclənir. Bu ilin sonuna kimi bu indekslərdə 30%  ucuzlaşmanın şahidi ola bilərik.  SP500-də əsasən texnoji, maliyyə, material və daşınmaz əmlak sektorunda ciddi ucuzlaşma gözləyirəm.

Bilrisiz ki ABŞ fond indeksi bir başa bitkoinə təsir edir. Bitkoin isə bir başa altocinlərə təsir edir. Fond indekslərinin il sonuna kimi ucuzlaşması bitkoini bu il demək olarki bahalaşmağa imkan yaratmayacaq. Bitkoin indiki qiymətdən il sonuna qədər 30-50% koridorunda dəyərsizləşə bilər. Əgər Bitkoin ucuzlaşarsa o zaman altcoinlər bundan daha çox dəyərsizləşəcəklər.

Müəllif:
Nizami Qorçubəy
Birjalar üzrə ekspert

Son xəbərlər
Oxşar xəbərlər