15 C
Baku
Tuesday, December 2, 2025

2010-cu illərin mayneri bitkoinlərini hesabdan çıxarıb — Onların dəyəri 21,65 milyon dəfə artıb

Mədənçilik sahəsində ilk addım atanlardan biri olan şəxs 2010-cu ildə əldə etdiyi bitkoinləri (BTC) cüzdandan çıxarıb. Məlumata görə, bu bitkoinlər o vaxtdan bəri 21,65 milyon dəfə, yəni təxminən 2,165 milyard faiz bahalaşıb. Ümumilikdə təxminən 16 il “yatan” Satoşi Nakamoto dövrünün kriptocüzdanından 50 BTC (təxminən 4,33 milyon dollar) köçürülüb.

Xatırladaq ki, 2010-cu ildə bitkoinin məzənnəsi təxminən 0,004 dollar təşkil edirdi və mədənçinin çıxardığı 50 BTC təxminən 0,2 dollar dəyərində idi. 2 dekabr 2025-ci ildə köçürüləndə onların dəyəri artıq 4,33 milyon dollara çatıb — 16 il ərzində cüzdanda qalan sikkələr təxminən 2,165 milyard faiz bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər