Başqalarının pulunu saymaq bizim necə də xoşumuza gəlir. Hətta bəzən öz pulumuzu saymaqda da çox.. Xüsusən də əgər söhbət cazibədar və füsunkar Hollivud xanımlarından gedirsə, qalın pul paketləri onların zərif əllərində çox cəlbedici görünür. Sən demə bu xanımlar çox yaxşı pul qazanmağı bacarırlar. Beləliklə Forbes avtoritetli prodüserləri, agentləri, hüquqşünasları və xəyallar fabrikinin daxili informasiya mənbələrini sorğu-suala çəkərək, dünyaya 2012-ci ilin ən varlı aktrisalarının Top Onluğunu təqdim edir.
Bu gəlirlər haqqında məlumatlar hüquqi xidmətlər, menecment ilə bağlı qaçılmaz xərcləri və digər məsrəfləri əhatə etmir. Vergi ayırmaları da həmçinin hesaba alınmayıb. Amma heç kəs də bu populyar saytdan belə xırdalıqları və dəqiqlikləri açıqlamağı tələb etmir.
Araşdırılan dövr 2010-cu ilin mayında 2011-ci ilin mayına qədər olan müddəti əhatə edir. Gəlin baxaq, kim, nəyə görə və nə qədər əldə edib? Söhbət məhz Hollivuddan getdiyinə görə gəlin, bu janrın qaydalarına uyğun olaraq, sona qədər intriqanı qoruyub saxlayaq.
10-cu yer. Meril Strip
Meryl Streep – $10 milyon
62 yaşlı Meril bir sıra gənc Hollivud xanımlarını həm aktyorluq məharəti baxımından, həm də pul qazanmaq bacarığına görə kölgədə qoya bilər. Bunun sübutu isə xanımın bir il öncə qazandığı 10 milyon dollardır. Gəlirin əsas hissəsi filmlərdəki rollara görə aldığı qonorardır.
Amma belə deyirlər ki, aktrisa “Dəmir Ledi” filmindəki roluna görə aldığı qonorarı xeyriyyəçilik məqsədlərinə yönəldib. Bəli, kino istehsalı sənayesinin ən zəngin qadınlarının onluğuna daxil olan bu xanın əlbəttə ki özünə belə bir nəcib addım atmağa icazə verə bilər. Özü də nəzərə alın ki, xanım ifa etdiyi Marqaret Tetçer roluna görə artıq bir neçə nominasiyada mükafata layiq görülüb.
9-cu yer. Sandra Ballok
Sandra Bullock – $15 milyon
Əri ilə boşanmanı çox ağır keçirən gənc ana öz karyerasında nisbətən fasilə etmək qərarına gəlib ki, özünün qəyyumluğa götürülmüş övladına daha çox vaxt ayıra bilsin və ruhi tarazlığını bərpa etsin. Amma bütün bunlara rəğmən bir il öncəki mövsümdə xanım çəkildiyi rola görə 15 milyon dollar əldə etmişdir. Ona görə də Forbes hesab edir ki, xanımın özünə belə istirahət verməyə tam haqqı vardır.
2010-cu ildə Sanrda 56 milyon qazanmışdı, bu 2011-ci ilin qalibinin qazancından demək olar ki, iki dəfə çox idi. Öz gəlirinin əsas hissəsini Ballak Foerin böyük səs-küyə və rezonansa səbəb olmuş “Dəhşətli möhkəm və yolverilməz dərəcədə yaxın” romanının səhnələşdirilmiş versiyasında ifa etdiyi rola görə qazanmışdır. Filmdəki rol məxsusi olaraq onun üçün yazılmışdı.
8-ci yer. Kameron Diaz
Cameron Diaz – $18 milyon
40 yaşını qeyd etməyinə lap az qalmış gözəllər gözəli, keçmiş model və hal-hazırda olduqca uğurlu karyera qurmuş xanım Kameron Diaz artıq öz müqaviləsinin qonorar xanasına asanlıqla yeddi rəqəmli məbləğ yazılmasını tələb edə bilər. Bunun nəticəsi olaraq isə, onun illik gəliri 18 milyon dollar təşkil edib. Bütün aktrisalar kimi, o da öz gəlirinin əsas hissəsini çəkiliş meydançasında qazanıb.
Onun ən uğurlu proyektləri «Çox pis müəllimə» və «Yaşıl eşşəkarısı» filmləri olmuşdur, düzdür bu ekran əsərlərinin heç biri klassika olmağa iddia etmir, amma onlar tamaşaçıların müəyyən bir hissəsinin rəğbətini qazana bilmiş və böyük populyarlığa malikdir. Kameronun şöhrət aleyyasında ucaldılan ulduzu və onun bu reytinqdə tutduğu mövqe də bunu təsdiq edir.
7-ci yer. Ketrin Xeyql
Katherine Heigl – $19 milyon
Romantik komediyaların daha bir ulduzu varlı olmaq üçün yalnız, dramatik xüsusiyyətlərə malik ağır rollar ifa etməyin vacib olmadığının daha bir parlaq nümunəsidir. Özünə doğma olan bu janrda o rejissorların ona həvalə etdiyi tapşırıqların öhdəsindən çox məharətlə gəlir, onun bütün dünya üzrə milyonlarla pərəstişkarları vardır. Bir il öncəki gəlirlərin miqdari isə 19 milyon dollar təşkil etmişdir.
Xeyqlin qonorarları həndəsi silsilə ilə artır. Əgər 2009-cu ildə o, bir filmə görə 6 milyon alırdısa, 2010-cu ildə o, Eşton Katçer ilə birlikdə rol aldığı «Muzdlu qatillər» ekran əsərindəki ifasına görə 12 milyon dolları qatlayaraq öz cibinə qoymuşdur. Onun «Həyat olduğu kimi» filmində yaratdığı rol da təqribən eyni qiymətləndirilib. Bu reytinqdə həmin məbləğin hesaba alınmadığını nəzərə alsaq, gələcək reytinqlərdə xanım aktrisanın daha yüksək pillələrdə yer tutacağını ehtimal etmək olar.
6-cı yer. Kristen Styuart
Kristen Stewart – $20 milyon
Sizcə vampirdən uşaq dünyaya gətirməyin qiyməti nə qədər olar? Bu suala gənc və istedadlı Kristen Styuart cavab verməyə kömək edə bilər. Yola saldığımız ildə onun gəlirləri 20 milyon dollar təşkil etmişdir. Nəzərə alın ki, amerikanların ən sevimli filmi adını almış “Toranlıq” hələ tam başa çatmayıb. Reytinqdəki yerinə görə aktrisa təkcə bu filmə borclu olmalı deyil. 2010-2011-ci il mövsümü ərzində aktrisa 8 ekran əsərində rol almışdır. Bu sırada bir sıra məşhurların səhnə bölüşdürdüyü “Ağbəniz və ovçu” (Snow white and the huntsman) filmindəki baş rolu xüsusi ilə qeyd etməyə dəyər.
Gənc xanımın reytinqi və qonorarları sanki ildırım sürəti ilə artır. Amma Hollivud prodüserləri öz xərclərinə görə heç də heyfsilənmirlər, axı 2011-ci ildə Kristen ən rentabelli aktrisa olaraq seçilmişdir. Ona qonorar qismində xərclənmiş hər bir dollar 50 dollar gəlir gətirir. Qarşıda isə onu Balenciaga) ətrinin yeni siması qismində reklam çəkilişləri gözləyir.
5-ci yer. Culia Roberts
Julia Roberts – $20 milyon
Özünün gənc həmkarından heç də geri qalmayan Culia Roberts də 20 milyon dollar qazanc ilə siyahımızın beşinci pilləsində qərar tutmuşdur. Oskar sahibəsi olan bu “gözəlçə” Hollividun ən bahalı aktrisasıdır, o bir dəqiqə çəkiliş vaxtına görə 5 min dollar ödəniş tələb edə bilər. Bundan əlavə Robertsin özünün kino-kompaniyası vardır.
Onun iştirakı ilə çəkilən son filmlər sırasında isə “Ağ bəniz və yeddi cırtdan” (bu nağıl Hollivuda ən çox ekranlaşdırılana hekayəsi adlandırmaq olar) və «Larri Kraun» qeyd etmək olar. Adını qeyd etdiyimiz bu film ona yola saldığımız ildə gəlirlərin ən başlıca hissəsini gətirmişdir. Lakin tənqidçilər filmi elə də xoş qarşılamadı. Amma daima şəfəq saçan aktrisa heç də məyus olmaq və qəmlənmək bilmir, daim yeni rollar axtarışındadır, “Amerikanın sevimlisinin” rol aldığı ən ümidsiz proyektlər belə sonda kifayət qədər gəlir gətirir.
4-cü yer. Riz Uizerspun
Reese Witherspoon – $28 milyon
28 milyon dollar -Bu şirin, gözqamaşdıran sarışın xanım öz qabiliyyəti və reklam çəkilişlərindəki iştirakına görə məhz bu qədər qazana bilmişdir. Filmlərdəki rollardan əlavə xanıma sahibəsi olduğu TypeAFilms prodüser kompaniyası da gəli qazandırır. Bundan əlavə Riz AvonProducts kompaniyasının reklam simasıdır, bu da xanımın qazancının formalaşmasında heç də az rol oynamır.
Amma yenə də o bir aktrisadır və əlbəttə ki onun gəlirlərinin böyük bir hissəsi məhz aktyorluq oyunu sayəsində əldə edilir. Amma 2010-cu ili onun üçün o qədər də uğurlu adlandırmaq olmaz. Aktrisanın iştirakı ilə çəkilmiş «Necə bilmək olar…» uğursuzluğa uğradı. Onun reytinqdəki sarsılmış mövqeyini isə ötən ilin fevralının ortalarında dünya üzrə icarəyə verilmiş «Demək, müharibə» filmi xilas etdi.
3-cü yer. Cennifer Eniston
Jennifer Aniston – $28 milyon
Bred Pitin əbədi olaraq “keçmiş xanımı” adını almış Ceniferin gəlirlərinin cəmi 28 milyon dollar təşkil edib. Məşhur “Dostlar” serialında Reyçel Qrin rolunun ifaçısı bu günə qədər həmin məşhur teleproyektdə iştirakının bəhrəsini görməkdədir. Bu serialı demək olar ki, həmişə mütəmadi olaraq müxtəlif kanallar vasitəsi ilə yayımlayırlar. Bu isə “Emmi” mükafatının sahibəsinə dayanmadan gəlir gətirir.
Amma ki, Cennifer əldə olunmuşlar ilə kifayətlənmir.onun iştirakı ilə çəkilmiş son komdeyilar da bunun bariz nümunəsidir. Belə ki, “Kəllə ovçuları” filmi, tənqidçilər tərəfindən kəskin tənqid olunmasına baxmayaraq, komediya janrını sevənlərin aşkar rəğbətini qazanıb, film kirayələrdən 130 milyon gəlir toplayıb. Bundan əlavə xanım “Dözülməz bosslar” və “Özünü mənim arvadım kimi göstər” filmindəki roluna görə əməlli başlı pul qazanıb. Adını qeyd etdiyimiz bu son filmə görə Eniston 10 milyon dollar almışdır.
2-ci yer. Sara Cessika Parker
Sarah Jessica Parker – $30 milyon
Seriallar sayəsində məşhurlaşmış və onun təkrar yayımından müntəzəm olaraq gəlir əldə edən daha bir aktrisa Sara Parkerdir. Saranın gəlirləri 30 milyona çatır, bu da ona Forbesin tərtib etdiyi siyahıda ikinci yeri tutmağa tam haqq verir. Onun Kerri Bredşou rolu ona heç də az məbləğlərdə qonorar qazandırmayıb. Söhbət «Böyük şəhərdə Seks-2» filmində gedir. Düzdür film birincisindən daha az uğur qazandı, amma o dünya disk və kaset icarələrindən 290 milyon toplamağa müyəssər oldu.
Bundan əlavə onun bogema ilahəsi obrazı moda tendensiyalarında o qədər zəifliklə işlənirdi ki, Sara Cessika bu tezliklə bu biznes sahəsinin bərabər hüquqlu üzvünə çevrilir. Beləliklə o bir sıra ətir xətləri istehsal edir (Lovely, Covet, NYC), bütün bu ətirlər bazarda böyük tələbat yaranır və onlar tezliklə aktrisaya müvafiq gəlir qazandırır.
Bundan əlavə lap bu yaxınlarda Parker Halston kompaniyasına başlıq etməyə başlayıb, kompaniya dizayn geyimlərinin buraxılması ilə məşğuldur. Belə kommersiya bacarığı insanın yalnız heyranlığına və hörmətinə səbəb ola bilər.
1-ci yer. Ancelina Coli
Angelina Jolie – $30 milyon
Planetin ən seksual qadını, çox uşaqlı ana, möhtəşəm aktrisa. Belə çoxsaylı talantlar əlbəttə ki, külli miqdarda mükafat də tələb edir və bu mükafatlar özünü heç də çox gözlətmir. Çəkildiyi hər bir filmə rəng qatan Coli tam haqlı olaraq siyahımızın birinci pilləsinə və Hollivudun ən varlı aktrisası adına layiq görülmüşdür. Onun aktivindəki məbləğ də 30 milyon dollar qiymətləndirilir.
Böyük ailə həm də böyük miqdarda maliyyə yatırımı tələb edir, buna görə də aktrisa gecə-gündüz istirahət bilmədən çalışır. Reytinqin ilk pilləsinə yüksəlmək üçün aktrisaya «Solt» ( Salt) və «Turist» ( TheTourist) blokbasterləri kömək etmişdir. Filmin ABŞ-dakı premyerasından sonra onun uğursuzluğa düçar olacağı gözlənilirdi. Amma dünya kaset və disk kirayəsindən gələn gəlirlər vəziyyəti düzəltdi. Filmlər yaradıcılarına müvafiq olaraq 300 və 280 milyon dolar gəlir gətirdi.
Öz gəlirinin digər bir hissəsini isə aktrisa «Kunq-Fu Panda 2» animasiya filminin ikinci hissəsinin səsləndirilməsinə görə qazanıb. Bundan əlavə özünü təsdiqləmiz gözəl xanım bir sıra moda reklam kampaniyalarında iştirak edir və o, LouisVuitton markasının rəsmi siması kimi tanınır, təbii ki, bütün bunlar ona heç də az pul qazandırmır.
Əgər ən zəngin aktrisaların qazancını cəmini çıxarsaq, onda 218 milyon dollara bərabər bir rəqəm alınar. Bundan öncəki siyahı ilə müqayisədə burada cəmi bir dəyişiklik var, siyahını Dryu Berrimer tərk edib, onu bu dəfə Ketrin Xeyql əvəz etmişdir.