10. Kanada — 1,736,869 (1.9%, 27.1%, 71%)
Başlıca istehsal sahələri:
• Nəqliyyat maşınqayırması,
• Kimya sənayesi,
• Emal edilmiş və emal edilməmiş mineral xammal,
• Qida sənayesi
• ağac emalı sənayesi, sellüloz-kağız,
• dəniz məhsulları,
• neft və qaz mədəni, neft ehtiyatlarına görə dünyanın ikinci ölkəsi.
Kanada – aviasiya sənayesi və metro qatarlarının istehsalı (BombardierInc kompaniyası) üzrə dünya liderlərindən biridir. Dənli bitkilərin və digər kənd təsərrüfatı məhsullarının dünya bazarına ən böyük tədarükçülərindən biridir. Enerji daşıyıcılarının ən nəhəng ixracatçılarından biridir. Turistlər ilə ziyarət olunması baxımından dünyada 5-ci yeri tutur.
9. Rusiya — 1,850,401 (4.2%, 37%, 58.9%)
İqtisadiyyatın təməli:
• dağ-mədən sənayesinin tam spektri (kömür, neft, qaz, kimyəvi maddələr, metal çıxarılması),
• maşınqayırmanın bütün növləri, yayma dəzgahlarından tutmuş yüksək texnologiyalı təyyarələr və kosmik aparatlara qədər hər növ maşın,
• müdafiə sənayesi sahəsi,
• gəmiqayırma,
• elektrostansiyalar,
• istehlak malları,
• qida məhsulları.
ÜDM-in nominal qiymətinə görə dünya ölkələrinin onluğuna ilk dəfə 2011-ci ildə daxil olub. İxracın 70%-ni mineral xammal təşkil edir. 2011-ci ildə ÜDM-in ümumi həcmi 4,3 faiz artmışdır.
8. İtaliya — 2,198,730 (1.9%, 25.2%, 72.9%)
Ən böyük istehlakçıların sırasında:
• avtomobil (super car – dünyada ən yaxşı),
• traktor,
• moped və velosipedlər,
• polad borular,
• sənaye avadanlıqlar,
• avtomobil şinləri,
• plastmas,
• məişət texnikasının dünya tədarükçüsü.
Qida məhsulları ixracatçısı: pendir, makaron, şərab, zeytun yağı, konserv –meyvə tərəvəz konservləri. Dizayn sahəsində lider. Hazır geyim və dəri ayaqqabı istehsalı sahəsində moda qanunlarının yaradıcısı, dəb liderlərindən biri. Dünyanın ən böyük idman və beynəlxalq turizm mərkəzlərindən biri.
7. Böyük Britaniya— 2,417,570 (0.7%, 21.6%, 77.7%)
• aviasiya,
• avtomobil,
• əczaçılıq, dərman preparatları istehsalı
sahəsində liderlərdən biri
London –dünya iqtisadiyyatının üç idarəetmə mərkəzlərindən biridir. Ən nəhəng maliyyə mərkəzi Nyu-York ilə bir cərgədə dayanır. Turizm iqtisadiyyatın əsas hissələrindən birdir. Bütün şəhərlər sırasında London turistlər tərəfindən ən çox ziyarət olunandır.
İstehsalat yenə də həmişə kimi ölkənin həyatında vacib rol oynamağa davam edir. Amma o, ölkənin ÜDM-ində cəmi 1/6 yer tutur. London və Mançester –Avropanın ən iri yaradıcı sənaye sahəsinin klasterləridir.
6. Braziliya — 2,476,908 (5.8%, 26.9%, 67.3%)
Təbibi və əmək resursları ilə bol olan qarışıq iqtisadiyyata malik ölkə. İqtisadiyyatın bütün şaxələrinin yüksək inkişaf səviyyəsi: xidmətlər, mədən və istehsal sənayesi, kənd təsərrüfatı sənayesi.
Braziliyanın ÜDM-i artaraq reytinqdə 6-cı yerə yüksəlmişdir.
Əsas ixrac olunan məhsullar.
• aviasiya texnikası,
• qəhvə,
• nəqliyyat vasitələri,
• soya
• dəmir filizi,
• metal, polad,
• parça,
• ayaqqabı,
• elektronika aparaturası,
• şəkər.
Müxtəlif məhsullar istehsal edir: neftdən hazırlana məhsullar, polad və istehlak mallarından başlayaraq, müxtəlif kompüter, avtomobil və təyyarələrə qədər.
5. Fransa — 2,776,324 (1.7%, 8.5%, 79.8%).
Yüksək sənayeləşmiş, aqrar(kənd təsərrüfatı ölkəsi). Aİ-nin kənd təsərrüfatı məhsullaırnın tədarükçüsü (25%).
İxracat:
• maşınqayırma avadanlığı
• kənd təsərrüfatı məhsulları,
• ərzaq məhsulları,
• kimya məhsulları.
Aparıcı sənaye sahələri:
• maşınqayırma,
• gəmiqayırma,
• dəzgahqayırma,
• elektrotexnika,
• elektron avadanlıq,
• aviasiya.
Neft-kimya məhsullarının, qara və əlvan metalların istehsalına görə dünya liderlərindən biri. Geyim, ayaqqabı, zərgərlik məmulatları, ətriyyat və kosmetika, konyak, şərab və pendir istehsalına görə dünya brendlərinin məxsus olduğu ölkə.
4. Almaniya — 3,577,031 (0.8%, 28.1%, 71%)
Avropanın ən güclü iqtisadiyyatı, dünyanın ikinci ən böyük ixracatçısı. Ümum milli istehsalın 3də bir hissəsi xaricə göndərilir.
Başlıca sənaye sahələri:
• avtomobil istehsalı,
• maşınqayırma,
• gəmiqayırma,
• kimyəvi maddələr istehsalı.
Külək və günəş enerjisi ilə işləyən generatorların istehsalına görə dünyada birinci yerdədir.
Aşağıdakı istehsal sahələrinə görə qabaqcıl ölkələr sırasındadır:
• dəmir, polad, kömür,
• sement, elektronika, toxuculuq
• qida sənayesi
İxrac:
• mühərriklər, dəzgahlar, kompüter avadanlıqları,
• elektron mallar, rezin məhsulları, plastmas məmulatlar.
3. Yaponiya — 5,869,471 (1.4%, 24%, 74.6%)
Dünyanın ən iri və texnoloji inkişaf etmiş istehsalatçılarından biridir:
• avtomobil, elektron avadanlıq,
• dəzgah, gəmi,
• kimyəvi maddələr,
• toxuculuq,
• qida məhsulları,
• polad və əlvan metallar
Balıq ovuna görə ikinci yer (15%).
Əsas ixracat:
• nəqliyyat vasitələri,
• yarımkeçiricilər və elektronika
• dəmir və polad məmulatlar
• avtomobil ehtiyat hissələri,
• elektrik generatorları,
İxrac olunan məhsullar əsasən varlı ölkələrə göndərilir. Tokio Fond birjası dünyada ikinci yerdədir. Dünyanın ən iri kompaniyaları məhz bu birjanı seçir (16%). Robot texnikası üzrə liderdir.
2. Çin 7,298,147 (10.1%, 46.8%, 43.1%)
Çinin iqtisadiyyatı dünyada ikinci yeri tutur.
100 dən çox məhsul növünün istehsal həcminə görə dünya lideri. İxracat nomenklaturasına 50 mindən çox mal adı daxil edilə bilər. Dünyada ofis və telekommunikasiya avadanlığının, həmçinin bütünlükdə qabaqcıl texnologiya məhsullarının ixracına görə əminliklə liderlik edir. Ən böyük avtomobil istehsalçısı (2010-cu il). Çin Xalq Respublikasının toxuculuq sənayesi dünyada birinci yerdədir. Valyuta gəlirlərinin 80%-ni ixracatdan gəlir.
Dünyanın 10 ən bahalı kompaniyasından dördü Çin kompaniyalarıdır – PetroChina, ChinaMobile (dünyanın ən bahalı telekommunikasiya kompaniyası), Çinin Ticarət-Sənaye Bankı (Dünyanın ən bahalı bankı) və Çin inşaat bankı. Bir sıra faydalı qazıntı minerallarının çıxarılmasına görə 1-ci yerdədir.
1. Amerika Birləşmiş Ştatlar— 15,094,025 (1.2%, 22.1%, 76.7%)
Yüksək diversifikasiya səviyyəsi olan iqtisadiyyat. Qabaqcıl texnologiyalar sənayesində və innovasiya sahəsində dünya lideri –xüsusən də kompüter və telekommunikasiya sahəsində (Apple, Microsoft). Bu ölkə 1920-ci ildən bəri dünyanın ən güclü iqtisadiyyatına malik ölkələrin top onluğuna başçılıq edir.
Dünyanın ən yaxşı iqtisadiyyatı – ABŞ.
Aparıcı sahələr:
• metallurgiya,
• avtomobil istehsalı,
• aerokosmik avadanlıq və aparatura
• telekommunikasiya,
• kimya,
• qida sənayesi,
• istehlak mallarının istehsalı.
Dünyanın ən nəhəng bank sistemi və fond birjası, transmilli korporasiyalar, yüksək məhsuldarlığı ilə seçilən kənd təsərrüfatı.