17 C
Baku
Monday, April 29, 2024

2012-ci ildə milyarderlərin ən məşhur qalmaqalları

Tor Batişta

Bu ilin mart ayında dünyanın ən varlı yeddinci insanı ($30 mlrd) dağ-mədən maqnatı Eyke Batiştanın oğlu Braziliya pleyboyu Tor Batişta Rio-de-Janeyronun şəhərətrafı qəsəbələrin birində qəzaya düşmüşdür. Gəncin idarə etdiyi idman avtomobili Mercedes SLR McLaren velosipedçini ölümcül halda vurmuşdur.

Tor Batiştanı bilməyərəkdən adam öldürmək ilə bağlı mühakimə etməli idilər, lakin məhkəmə hələ də baş tutmayıb. Sentyabr ayında Eyk Batişta bildirdi ki, oğlunu özünün EBX Group şirkətinin direktoru təyin etmək fikrindədir.

Stüart Rar

2012-ci ilin noyabr ayı milyarder Stüart Rar üçün uğursuz oldu. Birincisi, Nobu restoranlar şəbəkəsinin rəhbərliyi Rarı şəbəkənin Nyu-york nümayəndəliyinin adminstrasiyasını ölümlə hədələdiyi üçün “arzuolunmaz qonaq” elan etmişdir.

Ikincisi, bir neçə gün sonra polislər ondan iki tapança müsadirə etmişdir. Rar silahdan özünün şirkət ofisinin yerləşdiyi Trump Tower binasında lifçi ilə mübahisə edərkən istifadə etmişdir.

21 dekabrda isə Stüart Rar boşanmağa hazırlaşdığını bildirdi. Bu dəfə hər şeyin sakit şəkildə həll olunacağına əmin etdi.

Hans-Kristian Rauzinq

Iyul ayında İsveç şirkəti Tetra Pak-ın təsisçisinin 49 yaşlı varisi Hans-Kristian Rauzinq narkotik vasitələrin saxlanması ilə bağlı şübhəli bilindiyi üçün saxlanılmışdı. Milyarderin Londonda yerləşən malikanəsində aparılan sonrakı axtarışlar nəticəsində polislər onun həyat yoldaşı Yevanın cəsədini tapmışdı. Axtarışlar nəticəsində aydın olmuşdur ki, Hans-Kristian Rauzinq kokainin həddən artıq qəbulu nəticəsində dünyasını dəyişmiş həyat yoldaşı ilə bir neçə həftə bir yerdə yaşamışdır.

Ər-arvadın narkotikə meylli olmaları artıq çoxdandır ki məlum idi. Məsələn, bir dəfə Yeva Rauzinqi Britaniyadakı amerikan səfirliyinin həyata keçirdiyi məclislərdən birinə geroin gətirməyə cəhd etdiyi üçün həbs etmişdilər.

Polis milyarderi öz həyat yoldaşının dəfn mərasimini təşkil etmədiyi üçün təqsirləndirir.

Kristofer Vize

Bu ilin iyun ayında cənubi afrikalı milyarder Kristoffel Vize İngiltərədən Lüksemburqa uçan təyyarənin bortuna təxminən 1 mln dollar nağd pulla dolu iki çamadan gətirməyə çalışmışdı. Britaniya polisləri Vizenin, pulları hələ 80-90-cı illərdə almaz alqı-satqısından qazanması və bütün bu vaxtlar ərzində həmin pulları Ritz otelinin depozit qutusunda saxlaması ilə bağlı əhvalatına inanmadılar.

Milyarderin vəkili məhkəmədə qeyd edirdi ki, Kristofer Vize üçün 1 mln dollar qazanmaq bir-iki həftənin işidir, onu hansısa fırıldaqçılıqda təqsirli bilmək mənasızdı. Daha sonra Cənubi Afrikanın vergi orqanı bildirdi ki, Vizenin dövlət qarşısında 250 mln dollar borcu var.

Donald Tramp

Amerikada keçirilən prezident seçkiləri zamanı Donald Tramp Barak Obamaya müraciət etdiyi videonu YouTube-da yerləşdirmişdi. Onun mahiyyəti belə idi: o, prezidentin istədiyi xeyriyyə təşkilatına 5 mln dollar bağışlayacağını bildirmişdi. Bunun əvəzində isə Obama kollecdə təhsil aldığı haqqında sənədləri və şəxsiyyət vəsiqəsinin əldə edilməsi ilə bağlı ərizəni dərc etməlidir. Bu, Barak Obamanın vətəndaşlığı ilə bağlı tərəddüdləri aradan qaldırmaq üçündür. ABŞ prezidentinin atası – keniyalıdır, bəzi ehtimallara görə Obama ABŞ hüdudlarından kənarda anadan olmuşdur, deməli qanuna görə prezident ola bilməzdi.

Mətbuat Trampın bu hərəkətinə istehza ilə yanaşdı. Ictimai rəy belə idi ki, milyarder sadəcə olaraq bu dəfə də öz üzərinə diqqəti çəkməyə çalışmışdır. Qısası, o sonradan Forbes jurnalına etiraf etmişdi ki, onun videosu pozitiv “feedback”-lər almışdır.

Çarlz və Devid Kox

Amerikanın ən imkanlı Çarlz və Devid Kox qardaşlarının adları çox tez-tez siyasi qalmaqallarda hallanır, lakin bu ilin oktyabr ayında milyarderlərə edilən ittihamlar əvvəlkilərdən kifayət qədər ciddi idi: “onlar gizlicə respublikaçılara sponsorluq edirlər”. In These Times liberal siyasi jurnal araşdırmışdır ki, Koch Industries özünün on minlərlə əməkdaşına vicdanla səs verməyə və doğru namizədi seçməyə səsləyən məktub göndərmişdi. Məktubda respublikaçı siyasətçilərin soyadları olan siyahı daxil edilmişdi.

Qısası, Kox qardaşları bütün ittihamları rədd edərək bildirdilər ki, Koch Industries yalnız sərbəst bazara müdaxilə edə bilər.

Fransua-Anri Pino

Fransız moda maqnatı Fransua-Anri Pino məhkəmə istintaqının fiqurantı olmuşdur. Beş il əvvəl milyarder Linda Evancelista ilə qısamüddətli sevgi macərası yaşamışdır. Nəticədə onların oğlu olmuşdur. Bu ildə məşhur model bildirmişdir ki, bütün bu vaxt ərzində onun atası uşağa bir qəpik də olsun xərcləməmişdi.

Pino kinayə ilə bildirmişdi ki, Evancelistanın bu münasibəti qurmasının əsas məqsədi hamilə qalmaq imiş. Modelin vəkilləri o fakta əsaslanmışdılar ki, Evancelistanın oğlu Oqidən fərqli olaraq, milyarderin aktrisa Sayma Hayeklə nikahından olan üç yaşlı qızı heç bir şeydən korluq çəkmir.

Den Keti

Keçən yay Chick-Fil-A qəlyanaltı şəbəkə sahibi bir tərəfdən dini totem, digər tərəfdən isə çoxsaylı masqaranın hədəfi olmuşdur. Amerikan milyarder Den Keti homoseksual nikah bağlamağa imkan verən qanun layihəsinə aktiv olaraq etiraz etmişdir. Keti bildirirdi: “Allaha şükür ki, biz elə bir ölkədə yaşayırıq ki, hələ də öz dəyərlərimizi qorumaq və İncil prinsipləri ilə yaşamaq imkanımız var”.

Manoy Bxarqava

Manoy Bxarqava – 5-Hour Energy enerji içkisi sayəsində $1,5 mlrd qazanmış keçmiş hind rahibi. Bu ilin noyabr ayında Amerikanın səhiyyə nazirliyi tərəfindən tərkibi kofein, B vitaminindən ibarət olan və heç bir zərərli qatqısı olmayan bu kokteyli qəbul edən 13 nəfərin ölüm faktı üzrə araşdırmalara başlamışdı. Bxarqava ittihamlardan müdafiə olunmaq üçün Youtube-da yerləşdirilmiş video müraciətdən istifadə etdi.

Stiven Koen

Dekabrın əvvəllərində Reuters agentliyi xəbər verdi ki, ABŞ federal xidməti SAC Capital Advisors hec-fondlar qrupunun sahibi milyarder Stiven Koenin də iştirak etdiyi böyük bir korrupsiya halının üstünü açıb. Onun mahiyyəti qiymətli kağızlarla aparılmış irimiqyaslı manipulyasiyalarla bağlıdır.

Silvio Berluskoni

Bu il Silvio Berluskoni vergidən yayındığı üçün bir illik həbs cəzasına məhkum edilmişdi. Bir-iki həftə əvvəl isə 76 yaşlı milyarder bildirdi ki, baş-nazir vəzifəsinə keçirilən seçkilərdə yenidən iştirak etməyə hazırdır. Elə həmin vaxt özünün gələcək həyat yoldaşı 27 yaşlı Neapollu Françeskunu rəsmi olaraq təqdim etdi. Halbuki Berluskoninin hazırkı həyat yoldaşı ilə boşanma ilə bağlı məhkəmə prosesi bitməyib. Bir sözlə, italyan mediamaqnatı üçün bu il elə də qeyri-adi olmamışdı.

Tomas və Reymond Kvok

Bu ilin mart ayında Sun Hung Kai Properties Honkonq developer şirkətini idarə edən Tomas və Reymond Kvok Honkonqun antikorrupsiya komissiyası tərəfindən rüşvətxorluqda şübhəli bilinmişdir. Hazırda $18,3 mlrd sərvəti olan qardaşlara qarşı bir neçə ittiham irəli sürülmüşdü.

Məhkəmə prosesi hələ başa çatmayıb və yanvarda davam edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər