2013-cü ilin göstəricilərinə əsasən azərbaycanlılar Gürcüstanda 300 milyon dollar xərcləyiblər. Bu sözləri Gürcüstan Turizm Administrasiyasının rəhbəri Georgiya Siqua deyib. Onun sözlərinə görə, Gürcüstana 2013-cü ildə 1 milyon azərbaycanlı gəlib ki, onlarında 300 mini sırf turizm məqsədi ilə səfər edib.
Gürcüstanda xərclənən 300 milyon dolları öz ölkəmizdə dəyərləndirsəydik və Azərbaycanı turizmdə rəqabət qabiliyyətli ölkə etsəydik bu gün biz neftdən o qədər də asılı olmazdıq.
Hazırda iqtisadi cəhətdən bizdən geridə qalan Gürcüstanda turizmdəki qiymətlər bizə baxanda iki dəfə ucuzdur.