28 C
Baku
Wednesday, June 26, 2024

2013-cü ildə turistlərin aldanıldığı 5 hal

Turistlər üçün əsl təhlükəli hallar daşqın və talanlar deyil, dələduzlardır. Demək olar ki, hər ölkədə dələduzluq üsulları icad edirlər. Bunlara aid 2013-ci ildə baş vermiş 5 ən gözlənilməz halları sizə təqdim edirik.

1.Türk sayağı dələduzluq

Dolqoprud şəhərindən olan Sergey Biryukov danışır: “Bu hadisə may bayramlarına təsadüf edirdi.

Biz həyat yoldaşımla Sid şəhərində yerləşən kiçik bir restoranda idik.

Orada çox şey sifariş etdik. Menyuya görə qiymətlər çox sərfəli idilər. Lakin bizə daha sonra gətirdikləri hesabın məbləği gözlədiyimizdən üç dəfə çox çıxdı. Biz dərhal öz etiraz səsimizi ucaltdıq. O zaman da bizə yeni bir menyu gətirdilər (birinci menyunu biz sifariş etdikdən dərhal sonra götürmüşdülər) . Və o menyuda qiymətlər yeni idi, eynən Moskvadakı kimi. Biz heç nəyi sübut edə bilmirdik. Polislərlə hədə-qorxu gəlməyə cəhd etdik. Lakin faydasız. Etdiyimiz ticarət zamanı qiyməti iki dəfə azaltsalar da, o, yenə də bizim sifariş etdiyimizdən çox çıxdı.” Belə restoran dələduzluqlarından qorunmağın yeganə üsulu menyunu ofisiant hesabı gətirənə qədər masanın üzərində saxlamaqdır.

2 . Taycasına dələduzluq

Novosibirskdən olan İrina Şapkina artıq bir neçə dəfə idi ki, Taylandda istirahət edirdi. Lakin buna baxmayaraq 8 mart bayramının ərəfəsində yerli dələduzların qarmağına keçir.

– Banqkokdakı hansısa məbədin qarşısında mənim yanıma əlində qarğıdalı tumları olan paketlə bir taylandlı yaxınlaşdı . Ətrafda isə çoxlu göyərçinlər var idi və hər kəs onlarla şəkil çəkdirirdi. Taylandlı da göyərçinlər üçün olan bu qarğıdalını mənə 50 bata təklif edir. Ucuz deyildi, amma o yenə də bir neçə paketi mənə israrla verməyə çalışırdı. Mən soruşdum: «Hamısına görə?» O başını yırğalayıb, «hə» deyir. Mən şəkil çəkdirdikdən və bütün tumlar bitdikdən sonra o , artıq hər paketə görə məndən 50 bat tələb edir. Mən etiraz etdim. Və dərhal səs-küy qalxdı, onun dostları qaçıb gəldilər. . .

Hadisə burada bitmir. İrinanın yanına dərhal polis gəlir və ondan sənədlərini tələb edir. Onun vizasının düzgün tərtib edilmədiyini əmin etməyə başlayır və şəxsiyyət vəsiqəsini məsələni «araşdırmaq» məqsədi ilə müsadirə edəcəyini söyləyir. Nəticədə qız 50 bat əvəzinə 1000 bat ödəməli olur. Daha sonra isə İrina giddən polisin saxta olduğunu öyrənir.

3. Holland sayağı dələduzluq

Amsterdamda, Qaaqada və Niderlandın digər turistik mərkəzlərində saxta polislər çox yayılıb.
İstirahədə olan bir tələbə danışır:

-Biz tanışlarımızla bir müəssisədən çıxırdıq və qarşımıza çıxan polis bizdən sənədlərimizi tələb etdi. “Hal-hazırda ölkədə saxta valyutalar yayılıb. Pullarınızı yoxlamağımız üçün təqdim edin” , – deyə polis bizə müraciət etdi. Biz avrolarımızı və yeddi yüz dollarımızı göstərdik. Polis onlara işıqda baxıb qaytardı və verdiyi narahatlığa görə üzr istədi.

Daha sonra bir yüzdollarlıq banknotun birdollarlıq banknot ilə dəyişdirildiyini öyrəndik.

Avropa ölkələrinin polisləri insanlardan sanksiyasız və səbəbsiz yerə sənədləri tələb etmirlər. Dələduza ehmal edin ki, özünüz də onunla birgə bölməyə qədər getmək istəyirsiniz. Çox guman ki, o, kütlənin içində itəcək.

4 . İtalyan sayağı dələduzuq

Romanın mərkəzində , Via del Korso küçəsində yaşıl örtüklə örtülmüş bir masa var idi. Masanın arxasında bir neçə gənc turistlərdən narkomanların müalicəsinə pul yığırdılar.

Daha doğrusu narkomaniyaya qarşı imzalar toplayırdılar. Lakin sonra imza çəkmiş hər bir kəsin pul ödəməli olduğu aydın olurdu.

Appeninlərdə çalışan bir turoperatorun əməkdaşlarından olan Aleksandr izah edir:

-Buna yalnız turistlər aldanırlar. Yerli əhali toplanmış pulların narkomaniyayla mübarizəyə deyil , yeni dozaya sərf olunduğunu çox yaxşı bilirlər. Belə masaları mafiya quraşdırır. Sadəcə yan keçib getmək daha sərfəli və təhlükəsizdir.

5 . Bolqarsayağı dələduzluq

Günəşli Sahildə Nataliya avroları yerli levlərə dəyişmək qərarına gəlir. Yaxınlıqda yerləşən bankda məzənnə turistə sərfəli görünür. Kassir ona nağd pulları verir və qəbzdə imza çəkməsini xahiş edir. Nataliya qəbzi imzalayır,lakin levları sayanda onların əskik olduğunu aşkarlayır.

-Mən etiraz etdim. Lakin kassir mənə təmamilə başqa məzənnə qeyd olunmuş qəbzi göstərdi . Əgər imzalamışdımsa, deməli bununla razılaşırdım və şikayət etmək faydasız idi.

Krıma olduğu kimi Bolqarıstana da daimi əhali getdiyi üçün bu dələduzluq artıq bir çoxuna məlumdur. Onun növbəsinə yeni bir dələduzluq gəlir. Mübadilə yerlərinin əməkdaşları məzənnə qeyd olunmuş lövhəyə ABŞ-ın və Avropa Birliyinin bayraqlarının maqnitlərini yapışdırırlar. Turistlrər onlara levləri sərfəli olmayan məzənnə ilə satıldığına etiraz edəndə dələduzlar lövhədə məzənnənin deyil, maqnitlərin qiymətinin göstərildiyini əmin edirlər.

Valyutanı mübadilə edəndə kassirdən məzənnəni öyrənmək və kalkulyatorda məhz düzgün məbləği yığmasını tələb etmək lazımdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər