2014-cü ildə 931, 464 sayda avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur.
Banker.az İSB-a istinadən xəbər verir ki, göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 70 milyon manatı ötmüşdür. 2013-cü illə müqayisədə sığorta müqavilələrinin sayında 2,14 %, sığorta haqlarının məbləğində 2,04 % artım müşahidə edilmişdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələrinin və həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının 2013-cü və 2014-cü illər üzrə müqayisəsi aşağıdakı cədvəldə göstərilmişdir: