7 C
Baku
Sunday, December 15, 2024

2014-cü ildə bank sektoru üçün ən təhlükəli viruslar

2014-cü il siyasi və iqtisadi sarsıntılar ilə yadda qaldı. Lakin bu il informasiya təhlükəsizliyi mütəxəssisləri üçün xüsusi olaraq təhlükəli informasiya təhdidləri ilə bol oldu. Bu sahə üzrə məşhur şirkətlər ilin ən məşhur xaker hücumları və təhlükəli proqramları barədə danışmışlar.

Bu il bankomat troyanı olan Backdoor.MSIL.Tyupkin daha çox fəallıq nümayiş etdirib. Belə ki, xakerlər iki mərhələli əməliyyat həyata keçirir. Onlar ilk olaraq bankomata giriş əldə edir və yüklənən kompakt-disk vasitəsilə Tyupkin adını almış zərərli proqramı quraşdırırlar. Daha sonradan xakerlər proqramı yükləmək üçün bankomatı yenidən işə salırlar ki, bu da bankomatın işini idarə etmək imkanı verir. Bundan sonra zərərli proqram sonsuz gözləmə tsikli yaradır. Virusun aşkar edilməsini çətinləşdirmək üçün Tyupkin bazar və bazar ertəsi günləri gecələr əmri qəbul edir. Bu zaman hücum iştirakçıları bankomatın klaviaturasında rəqəm kombinasiyası daxil edərək öz əməliyyatlarını həyata keçirə bilərlər.

Regin troyanı da digər fəal viruslardan biri oldu. Regin – təhlil üçün çətin və dəyişkən zərərvericidir. Təhlükəsizlik araşdırmaçıları onun müxtəlif variantlarını hələ 2003-cü ildə aşkar etsələr də, yalnız bu ilin payız ayında ayırd edə bilmişlər. Regin virusu illərlə GSM infrastrukturda işləyərək mobil əlaqə stansiyalarının bazalarını yoluxdura bilər. Bu virusdan həmçinin telekommunikasiya şirkətləri, hökumət orqanları, beynəlxalq siyasi təşkilatlar, maliyyə və elmi təşkilatlara hücum etmək üçün istifadə edilir.

Sony Pictures Entertainment-ə edilən hücumda məşhurluq qazanmış Destover troyanı özündən sonra çoxsaylı kompüteri sıradan çıxarmaqla iz qoydu. Sony korporativ şəbəkəsinə edilən hücum çox sayda məxfi məlumatların aşkar edilməsinə gətirib çıxardı. Qeyd edək ki, Sony Destover troyanının hücumuna məruz qalan ilk şirkət deyildi.

Android/Simplocker  isə Android-lər üçün nəzərdə tutulmuş ilk troyandır. O 2014-cü ilin ortalarında ESET analitikləri tərəfindən aşkar edilib və istifadəçi fayllarının şifrələnməsi üzərində ixtisaslaşıb. Uğurla həyata keçirilən hücumdan sonra istifadəçi öz fayllarına girişdən məhrum olur, Simplocker isə planşet və yaxud smartfonun ekranına ödəniş tələbi çıxarır. Şifrələnməyə məruz qalan fayllar isə adətən təsvir, sənəd və video olur.

iOS/WireLurker  isə iOS cihazları Jailbreak olmadan belə yoluxdurmaq bacarığına sahibdir. WireLurker yayıcıları iOS-lar üçün proqram yaradıcıları üçün şirkət adı altında gizlənirlər.

Son xəbərlər
Digər xəbərlər