20 C
Baku
Friday, October 11, 2024

2014-cü ilin sonu kredit faizləri aşağı düşüb

1 dekabr 2014-cü il tarixində Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, kreditlər üzrə orta faiz dərəcəsi, manatla 13,84%, xarici valyuta ilə 14,53% təşkil edib.

Həmçinin hüquqi şəxslər üzrə kreditlərin orta faiz dərəcəsi manatla 10,12%, xarici valyuta ilə 9,70%, fiziki şəxslər üzrə isə manatla 18,52%, xarici valyuta ilə isə 21,97% təşkil edib.

O cümlədən 1 aya qədər verilən kreditlər manatla 12,67%, xarici valyuta ilə 14,31% olub. 1 ilə qədər verilən kreditlər üzrə orta faiz dərəcələrində isə artım qeydə alınıb. Belə ki, 1 ilə qədər verilən kreditlər üzrə orta faiz dərəcəsi manatla 18,1%, xarici valyuta ilə 12,72% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər