6 C
Baku
Sunday, December 15, 2024

2014-cü ilin yekunu – AtaBank

“AtaBank” ASC-nin 2014-cü ilə maliyyə-təsərrüfat nəticələri uğurlu olub. Belə ki, ötən il aktivlərin dinamikasında 54,8 % və ya 205,4 mln manat artım müşahidə olunmuşdur. Başqa sözlə, ilin əvvəlində aktivlər 374,9 mln manat təşkil edirdisə, ilin yekunlarına görə bu rəqəm 580,3 mln manata çatmışdır.

Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də artım nəzərə çarpacaq dərəcədədir. Artım 91,4 % və ya 221 mln manat təşkil etmişdir. Beləliklə, ilin əvvəlində kredit portfeli üzrə göstərici 241,7 mln manat olduğu halda, yekunda bu rəqəm 462,7 mln manatı aşmışdır.

2014-cü ilin yekunlarına görə Bankın ümumi depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunmuşdur. Belə ki, bu göstərici 60,3 % və ya 192,3 mln manat artaraq 511 mln manat təşkil etmişdir. Qeyd edək ki, 2014-cü ilin əvvəlinə bu göstərici 318,7 mln manat təşkil edirdi. Müddətli depozit portfeli isə 244,1 mln manatdan 197,3 mln manat və ya 80,8 % artaraq 441,4 mln manat təşkil etmişdir.

İlin sonuna Bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliyi müvafiq olaraq 2,18 % və 23,48 % təşkil etmişdir.

2014-cü ilin sonunda Bankın bankomatlarının sayı 78, şəbəkəsinə qoşulmuş POS-terminal sayı isə 18 567 ədəd olmuşdur.

İlin nəticəsinə görə Bankın xalis mənfəəti 7,6 mln. manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər