29 C
Baku
Thursday, June 30, 2022

2015-ci ildə SOCAR-ın xalis zərəri 1,7 mlrd.-ı ötüb

2015-ci ilin yekunları üzrə SOCAR-ın xalis zərəri 2014-cü ildə qeydə alınmış 1 mlrd. 274 mln. manat xalis mənfəətə qarşı 1 mlrd. 785 mln. manat təşkil edib.

Bu rəqəmlər şirkətin 2015-ci il üzrə birləşdirilmiş maliyyə hesabatında öz əksini tapıb.

Şirkətin ötən il üzrə maliyyə fəaliyyətinin BMHS üzrə auditini “Ernst & Young” şirkəti keçirib.

2015-ci ildə SOCAR-ın gəlirləri 33 mlrd. 103 mln. manat (azalma 16,6%), satışların maya dəyəri 29 mlrd. 849 mln. manat (azalma 16,7%) təşkil edib.

Şirkət 2015-ci ildə əməliyyat fəaliyyətindən 1 mlrd. 287 mln. manat (azalma 28,5%) mənfəət əldə edib. Dövlət büdcəsinə mənfəət vergisi üzrə köçürmələr 201 mln. manat (azalma 2,3 dəfə) təşkil edib.

Qeyd olunan dövrdə SOCAR-ın aktivləri 66% – 39 mlrd. 954 mln. manat, uzunmüddətli aktivləri 59,7% – 25 mlrd. 990 mln. manat, qısamüddətli aktivləri 79,1% – 13 mlrd. 964 mln. manatadək artıb.

2015-ci ildə SOCAR-ın kapitalı 32,5% – 14 mlrd. 648 mln. manatadək artıb. Şirkətin nizamnamə kapitalı 1 mlrd. 423 mln. manata (azalma 4,9%), bölüşdürülməmiş ümumi mənfəəti 6 mlrd. 191 mln. manata (azalma 25,8%) bərabərdir.

2015-ci ildə SOCAR-ın öhdəlikləri 1,9 dəfə – 25 mlrd. 306 mln. manata qədər artıb. Cari ilin əvvəlinə şirkətin uzunmüddətli öhdəlikləri 15 mlrd. 59 mln. manat (artım 2,5 dəfə), cari öhdəlikləri 10 mlrd. 247 mln. manat (artım 48,7%) təşkil edir.*

Son xəbərlər
Oxşar xəbərlər