5 C
Baku
Saturday, December 14, 2024

2015-ci ildə 10 kommersiya bankı BOKT ola bilər

BOKT-ların banklarla rəqabət aparmaq imkanları olacaqmı? Hansısa banklar 2015-ci ildən  sonra BOKT-a çevrilə bilər?

Banker.az saytını maraqlandıran bu suallara iqtisadçı-ekspert Vüqar Bayramov aydınlıq gətirdi.

BOKT-lar hələlik banklara rəqib deyillər

Qeyd etmək lazımdır ki, BOKT-ların funksiyaları fərqlidir. Belə ki, BOKT-ların əmanətləri qəbul etmək və digər fəaliyyət ilə məşğul olmaq imkanları yoxdur və funksiyaları kredit veməklə məhdudlaşır. BOKT- lar çalışırlar ki, nisbətən kütləvi və  ixtisaslaşmış coğrafi və ixtisaslaşmış insanlarla fəaliyyət göstərsinlər, məbləği az olan kreditlərin təklif edilməsini həyata keçirsinlər. İndiyədək bank sektorundakı mövcud tendensiyanın təhlil göstərir ki, BOKT -lar hələlik banklara rəqib deyillər,  çünki onların bazarı kiçikdir və işlədiyi qrup marjinaldır. Marjinal qrup olduğuna görə bütövlükdə kredit faizlərinə təsir göstərmək imkanına malik deyillər. Onların təklif etdikləri kredit məbləği az olduğuna görə, ümumi kredit portfelində payı aşağıdır. Saylarının çox olmasına baxmayaraq BOKT-ların banklarla rəqabət aparmaq imkanına malik deyillər güman olunur ki, növbəti illərdə də bunu edə bilməyəcəklər.

BOKT-ların fəaliyyəti imkan verir ki insanlar lamborddan və ya sələmçidən pul götürməsin

Onu da əlavə edim ki,  BOKT -lar fəaliyyət göstərməsi müsbətdir, çünki bu  imkan verir ki, hətta marjinal qruplar olsa da , insanların bir qismi gedib lamborddan və ya sələmçidən pul götürməsin. BOKT-lara daha yüngül şərtlərlə müraciət edərək vəsaitin və ya kreditin əldə edilməsinə nail ola bilsinlər.

2015-ci ildə 10 kommersiya bankı BOKT ola bilər

Güman edirəm ki, Mərkəzi Bank bankların 2015 -ildən  sonra BOKT çevrilmə məsələsinə  inanır, çünki onun təklif etdiyi şərtlərdən biri də nizamnamə kapitalını yerinə yetirə bilməyən kommersiya banklarının BOKT çevrilməsidir.  Nəzərə alsaq ki, 2015-cü ilin dekabr ayının 31 -nə qədər kommersiya bankları nizamnamə kapitalını 10 milyon manatdan 5 dəfə artıraraq 50 milyon manata çatdırmalıdırlar. İlkin qiymətləndirmələr görə 10 kommersiya bankının bu öhdəliyi yerinə yetirmələri ilə bağlı problemi var. Həmin kommersiya bankları ilin sonuna qədər çətinliyi aradan qaldıra bilməsələr o zaman həmin kommersiya banklarının ya birləşməsinə ya da BOKT- lara çevrilməsinə ya da müflis olmasına ehtiyac var.

Bankların müflis olması bu sektora olan inamı azalda bilər

Mərkəzi Bank doğru olaraq düşünür ki, banklar müflis olması  bank sektoruna mənfi təsir göstərə bilər. Xatırladım ki,  Mərkəzi Bank həmin banklara təklif edir ki, ya BOKT  kimi fəaliyyət göstərsinlər , ya da birləşsinlər. Nizamnamə kapitalını yerinə yetirə bilməyən banklar BOKT -lar kimi fəaliyyət göstərəcəklər bu bankların sayının azalmasına səbəb olmayacaq, həm də imkan verəcək ki həmin banklar fəaliyyətlərini davam etsinlər və BOKT- lar kimi bu sektorda qalmasına şərait yaradacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər