6 C
Baku
Monday, December 16, 2024

2015-ci ildə valyuta aktivlərinin idarə olunmasından gəlirlilik təxminən 0,8% təşkil edib

2015-ci ildə Mərkəzi Bankın valyuta aktivlərinin idarə olunmasından gəlirlilik 0,76% təşkil edib. Bu barədə İnterfaks agentliyinə bankdan məlumat verilib.

Xəbər verildiyi kimi, 2014-cü ildə AMB-nin valyuta aktivlərinin idarə olunmasından gəlirlilik 0,29% təşkil edib.

“2015-ci il ərzində AMB-nin valyuta ehtiyatları 63,54% – $5 mlrd. 16,7 mln.-a qədər azalıb, bu da əsasən milli valyutanın məzənnəsini dəstəkləmək məqsədilə valyuta bazarında müdaxilələrlə əlaqədardır. Bununla belə, ötən il valyuta ehtiyatlarının idarə olunmasından gəlirlilik 0,76% təşkil edib”, – deyə bankdan qeyd ediblər.

Bankın məlumatına görə, 2015-ci ilin yekunları üzrə valyuta rejiminin dəstəklənməsi və valyuta bazarında mümkün böhranın qarşısının alınması məqsədilə əməliyyat tranşının həcmi $4 mlrd. təşkil edib, bu da 2014-cü ilin göstəricisinə uyğundur. Bununla yanaşı, bu vəsaitin 100%-i ABŞ dollarında yerləşdirilib, baxmayaraq ki, 2014-cü ilin yekunları üzrə bu göstərici 49% təşkil edib.

2015-ci ildə AMB valyuta ehtiyatlarının yerləşdirilməsinin şaxələndirilməsi çərçivəsində Çində banklararası istiqrazlar bazarında investisiyaların həyata keçiriməsi üçün bank hesabı açıb.

 

Son xəbərlər
Digər xəbərlər