2015-ci ilin sonunda dövriyyəyə 20 avro nominalında olan yeni banknot buraxılacaq. Belə ki, Avropa Mərkəzi Bankının rəhbəri Mario Dragi 20 avro dəyərində olan yeni banknotu təqdim etdi. O demişdir: “Yeni banknot özündə əvvəllər görmədiyiniz elementləri birləşdirir. Bu “portrait window” adlanır və banknot hazırlanmasında əsl innovasiyadır”.
Onun sözlərinə görə, bu element banknotun təhlükəsizliyini təmin edəcək. Yeni banknotun isə cari ilin 25 noyabr tarixində dövriyyəyə buraxılması gözlənilir. Təqdimatın sonunda isə Mario Dragi banknot üzərinə imzasını atmışdır.